Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İsrail–Livan 10 günlük atəşkəsi regiondakı siyasi proseslərə necə təsir edə bilər?

Beynəlxalq münasibətlər üzrə mütəxəssis Cavanşir Altay mövzu ilə bağlı mərkəzimizə müsahibəsində qeyd edib.

İsrail-Livan arasındakı 10 günlük atəşkəsi mahiyyətcə strateji dönüş kimi yox, daha çox taktiki fasilə kimi qiymətləndirmək olar. Bu tip qısamüddətli atəşkəslər adətən sözügedən tərəflərin yenidən qruplaşması, itkilərin qiymətləndirilməsi və beynəlxalq təzyiqin yumşaldılması məqsədi daşıyır. Böyük ehtimalla bu prosesin arxasında da məhz bu kontekstdə, diplomatik təzyiq və koordinasiya var. İsrail üçün bu atəşkəs şimal cəbhəsini müvəqqəti olaraq dondurmağa və diqqəti daha çox digər istiqamətlərə, o cümlədən, Qəzza və ya Hörmüz boğazı kimi strateji nöqtələrdəki gərginliklərə yönəltməyə imkan verir. Eyni zamanda, ABŞ və ümumilikdə Qərb üçün bu atəşkəs daha geniş risklərin idarə olunması baxımından əhəmiyyətlidir. Burada əsas məqsəd enerji bazarlarını stabilləşdirmək və daxili siyasi riskləri, xüsusilə seçki dövrlərində yarana biləcək təzyiqləri minimuma endirməkdir. Bu baxımdan, belə atəşkəslər qısa müddətli rahatlıq yaratsa da, ümumi geosiyasi qeyri-müəyyənlik aktuallığını qorumağa davam edir. Livan dövlətinə paralel güc olan Hizbullah isə bu atəşkəs fonunda özünü çəkindirici güc subyekti olaraq qələmə verir və yeni müqavimət narrativlərini formalaşdırır. Hesab edirəm ki, yaxın gələcəkdə ən real senari eskalasiyanın yenidən başlamasıdır. Hətta münaqişə “dondurulmuş konflikt” mərhələsinə keçsə belə, bu, perspektivdə uzunmüddətli sabitliyi təmin etməyəcək.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)