Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Cənubi Qafqazda Rusiya təsirinin zəifləməsi: Səbəb və Nəticələr.

Tarixə nəzər salsaq şahidi olarıq ki, Cənubi Qafqaz üçün ən mühüm qırılma nöqtələrindən biri 1796-cı il Əfşarlar imperiyasının süqutudur. İmperiyanın süqutu özlüyündə region üçün feodal dağınıqlıqlara və daxili çəkişmələrə yol açdı. Bu dağınıqlıqlar və daxili çəkişmələr regionda sadəcə şimal və cənub qonşularımıza sərf etdi. İlk zərbə 1813-cü ildə Gülüstan, ikinci zərbə isə 1828-ci ildə Türkmənçay “sülh müqaviləsi” ilə gəldi. Tarixlər 1918-ci ili göstərdikdə iki böyük imperiyanın arasında, zifiri qaranlığın ardından göz qamaşdıran bir Cümhuriyyət göründü. Lakin geniş kök salmaq istəyən bu dövlətin, Şərqin ilk Cümhuriyyətinin ömrü uzun olmadı və region yenidən o zülmət qaranlığa qərq oldu. 200 illik əsarətin ardından XX əsrin sonlarına doğru regionda ayaqlanma başladı. Azərbaycan xalqı öz milli kimliyini bərpa etmək uğrunda addımlar atdı. Bu addımlar çökməkdə olan SSRİ kimi (“xalqlar həbsxanası” adlanan) 70 illik bir imperiyaya vurulan ən ağır zərbələrdən biri oldu. Azərbaycan 18 oktyabr 1991-ci ildə regionda hətta post-sovet məkanında öz müstəqilliyini yenidən bərpa edən ilk dövlət oldu. Lakin Sovet imperiyası bu regionu daima nəzarəti altında saxlaya bilmək üçün 2 strateji addım atdı. İlk olaraq Azərbaycanın qardaş Türkiyə və Qərblə birbaşa inteqrasiyasını kəsmək üçün bir bufer zona yaratdı; həmin zona bu gün çoxlarımızın tanıdığı Ermənistan Respublikasıdır. Şübhəsiz, sadəcə bir bufer zonanın olması yetərli deyildi; bir bölgəyə daima nəzarət etmək və oraya müdaxilə etmək istəyirsinizsə, o bölgədə bir münaqişə ocağı yaratmalısınız. Sovet imperiyası bu 2 addımı uğurlu şəkildə həyata keçirdi. Sovet İttifaqının süqutundan sonra Rusiya dövləti 1991-ci ildən 2020-ci il II Qarabağ müharibəsinə kimi bölgədə öz nüfuzunu bacardığı qədər qorumağa çalışdı. Lakin ötən 30 il ərzində sürətlə inkişaf edən Azərbaycanın Vətən müharibəsində qələbə əldə etməsi regionda Rusiyanın nüfuzunu müəyyən qədər sarsıtdı. Ardınca çox keçmədən 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi hücumu ilə əsas fokus nöqtəsini oraya yönəltməsi və sonrasında 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarının uğurlu nəticə verməsi və 2024-cü il iyunun 12-nə qədərki dövr ərzində Rusiya hərbi birləşmələrinin Azərbaycanı hissəli şəkildə tam tərk etməsi və II Qarabağ müharibəsindən sonra Ermənistanın Rusiyadan istədiyi dəstəyi ala bilməməsinin ardından Qərbə yönəlməsi də Rusiya-Ermənistan münasibətlərində gərginləşməyə səbəb oldu və regionda Rusiyanın təsirinin azalmasına bir az daha yol açdı. Eyni zamanda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırması yönündə atdığı addımlar, Qərb və ABŞ ilə münasibətlərini gücləndirməsi və ötən ilin avqustunda ABŞ-də imzalanan sülh paraflanması və Zəngəzur dəhlizinin açılması yönündə ABŞ ilə qurduğu əlaqələr də yenə də Rusiyanın bu regiondakı təsirinə daha bir zərbə oldu. Bəzi ekspertlər düşünür ki, Rusiya-Ukrayna müharibəsi bitərsə, Rusiya yenidən Cənubi Qafqazda öz təsirini artıracaq.

Fikrimcə, baş verən hadisələri təhlil etdikdə, tərəflər arasında və dünyada baş verən prosesləri nəzərə alaraq deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsinin bir müddət daha davam etməsi ehtimal oluna bilər; bununla yanaşı, müharibə bitsə, Rusiya oxlarını Cənubi Qafqaza çevirsə belə, artıq Rusiya beynəlxalq aləmdən müəyyən dərəcədə təcrid olunmuş və Ukrayna ilə müharibədə yetərincə zəifləmiş və güc itirmişdir. Azərbaycan isə ötən zaman dilimində Cənubi Qafqazda öz mövqeyini gücləndirmiş və regional aktora çevrilmiş, Şimal və Cənub, Qərb və Şərq arasında nəqliyyat-kommunikasiya rolunu oynayan güc halına çevrilmişdir. Rusiyanın bu regionda təsirlərini işğal prosesi ilə deyil, əksinə, əməkdaşlıq və gələcək fəaliyyətlər çərçivəsində yeritməsi daha səmərəli nəticələr verə bilər.

Nəticə olaraq deyə bilərəm ki, Rusiya bu regionda təsirini böyük ölçüdə itirmişdir. Fikrimcə, Rusiya artıq bu regionda keçmiş gücünü bərpa edə bilməz, lakin əlində olan təsir sahələrini də itirməməyə çalışacaqdır.

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)