Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Türkiyə və Səudiyyə Ərəbistanından strateji gediş: Regionda yeni güc mərkəzi formalaşır?

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında inkişaf edən müdafiə əməkdaşlığı yalnız silah ticarəti və ya hərbi texnologiya sahəsində əməkdaşlıq kimi qiymətləndirilməməlidir. Məncə, bu proses daha geniş geosiyasi məna daşıyır və Orta Şərqdə formalaşan yeni təhlükəsizlik mühitinin bir hissəsi kimi də dəyərləndirilə bilər. Son illərdə Ankara ilə Riyad arasında münasibətlərin sürətlə yaxınlaşması, xüsusilə müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində əməkdaşlığın artması regionda yeni strateji tərəfdaşlıq istiqamətinin formalaşdığını göstərir. Fikrimcə, bu əməkdaşlığın əsas məqsədlərindən biri hər iki dövlətin regionda strateji təsir imkanlarını artırmaq istəyidir. Türkiyə güclü müdafiə sənayesi və hərbi texnologiya sahəsində imkanlarını genişləndirərək yeni tərəfdaşlar qazanmağa çalışır. Səudiyyə Ərəbistanı isə Vision 2030 strategiyası çərçivəsində hərbi sənayeni inkişaf etdirmək və müdafiə imkanlarını gücləndirmək niyyətindədir. Bu baxımdan pilotsuz uçuş aparatları və digər hərbi texnologiyalar üzrə əməkdaşlıq iki ölkənin maraqlarının üst-üstə düşdüyünü göstərir. Məncə, bu yaxınlaşma regionun təhlükəsizlik balansına da müəyyən təsir göstərə bilər. Türkiyə və Səudiyyə Ərəbistanı Orta Şərqin ən təsirli regional güclərindən sayılır və onların strateji koordinasiyası bəzi məsələlərdə yeni güc mərkəzinin formalaşmasına səbəb ola bilər. Xüsusilə Suriya, Qırmızı dəniz və Yəmən kimi mövzularda ortaq maraqların olması bu əməkdaşlığın əhəmiyyətini artırır, lakin bunu tam hərbi ittifaq kimi qiymətləndirmək düzgün olmaz. Daha çox maraqlara əsaslanan praqmatik tərəfdaşlıqdır və hər iki dövlət regiondakı digər aktorlarla paralel münasibətlər saxlayaraq manevr imkanlarını qorumağa çalışır. Ümumilikdə hesab edirəm ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında inkişaf edən müdafiə əməkdaşlığı Orta Şərqdə yeni təhlükəsizlik balansının formalaşmasına müəyyən dərəcədə təsir edə bilər. Bu proses regional güclərin rolunun artdığını və bölgədə təhlükəsizlik sisteminin tədricən yeni geosiyasi reallıqlara uyğun dəyişdiyini göstərir.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)