Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Yaxın Şərqdə koordinasiyalı addımlar: Tramp-Netanyahu danışığının pərdəarxası

Tramp və Netanyahu arasında baş tutan telefon danışığı ABŞ ilə İsrail arasında münasibətlərin sadəcə diplomatik səviyyədə deyil, həm də təhlükəsizlik və regional siyasət baxımından nə qədər yaxın olduğunu göstərir. Xüsusilə danışığın İsrail Təhlükəsizlik Kabinetinin iclasından əvvəl keçirilməsi onu göstərir ki, tərəflər Yaxın Şərqdə baş verən proseslərlə bağlı addımlarını əvvəlcədən koordinasiya etməyə çalışırlar. Bu isə Vaşinqton və Təl-Əviv arasında strateji əməkdaşlığın davam etdiyini göstərən vacib mesajdır. Məncə, burada əsas diqqət çəkən məqamlardan biri İran məsələsinin yenidən ön plana çıxmasıdır. ABŞ və İsrail uzun illərdir İranın regiondakı təsirindən narahat olduqlarını açıq şəkildə bildirirlər. Buna görə də liderlərin bu mövzunu müzakirə etməsi onu göstərir ki, həm Vaşinqton, həm də Təl-Əviv İranla bağlı mümkün riskləri yaxından izləyir və gələcək addımları birlikdə dəyərləndirirlər. Bu danışıq region ölkələrinə də bir mesaj verir ki, ABŞ İsrailin təhlükəsizliyinə dəstəyini davam etdirir. Digər tərəfdən, Trumpın Çin səfərinin nəticələri barədə Netanyahuya məlumat verməsi də təsadüfi görünmür. Düşünürəm ki, ABŞ qlobal siyasətdə atdığı addımların İsrailə və Yaxın Şərqə necə təsir edə biləcəyini nəzərə alır. Bu isə İsrailin ABŞ üçün yalnız regional müttəfiq deyil, həm də daha geniş geosiyasi planlarda önəmli tərəfdaş olduğunu göstərir. Ümumilikdə hesab edirəm ki, bu telefon danışığı ABŞ-İsrail münasibətlərində siyasi yaxınlığın, təhlükəsizlik əməkdaşlığının və İran məsələsində ortaq mövqenin davam etdiyini göstərən vacib mesaj kimi qiymətləndirilə bilər.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)