Türkiyəli Siyasət Uzmanı Barış Adıbelli İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib:

Beynəlxalq hüquqda blokada məcburedici tədbirlər arasında sayılır. Yəni bir ölkəni nəyəsə məcbur etmək məqsədi daşıyır. Ancaq bunun iki şərti var. Birincisi, blokadanı tətbiq edən dövlət müharibə elan etmiş olmalıdır. Hazırda ABŞ müharibə elan etmiş vəziyyətdə deyil. ABŞ Konstitusiyasına görə müharibəni Konqres elan edir. Prezidentin müharibə elan etmə səlahiyyəti yoxdur. İkinci şərt isə budur ki, əgər belə bir vəziyyət yoxdursa, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından icazə alınmalıdır. Buna görə də hazırda ABŞ üçün belə bir icazə də yoxdur. Bu icazəni ala bilməsi üçün əvvəlcə Rusiyanın və Çinin vetosunu keçməsi lazımdır. Rusiya və Çin isə bunu onsuz da veto edəcək, yəni onları aşmaq mümkün olmayacaq. ABŞ-ın əsas məqsədi İran limanlarından çıxışı və İran limanlarına girişi əngəlləməkdir. Yəni İranın mal və xidmətlərinin, xüsusilə də neft satışının qarşısını almaq və İranı danışıqlar masasına oturmağa məcbur etməkdir. Lakin bu, beynəlxalq hüquq baxımından da mümkün deyil. Çünki açıq dənizdə blokada tətbiq etmək olmaz. ABŞ hazırda açıq dənizdə, beynəlxalq sularda blokada tətbiq edir. Eyni zamanda, 1982-ci il Dəniz Hüququ Konvensiyasına görə beynəlxalq boğazlardan və su yollarından keçidi blokada kimi üsullarla məhdudlaşdırmaq mümkün deyil. Bu səbəbdən də gəmiçilik azadlığı mövcuddur. Buna görə də ABŞ-ın bu addımlarının hamısı hüquqa ziddir. Bu səbəbdən Tramp üçün də ölkə daxilində bunun hesabını vermək asan deyil. O, həm Konqres qarşısında, həm də müxalifət qarşısında cavab verməli olacaq. Artıq beynəlxalq neft qiymətləri yenidən artıb və bunun ABŞ-a da təsiri olacaq. Əslində əsas məqsəd Çinə gedən nefti nəzarət altına almaqdır. Yəni burada məqsəd nefti tam dayandırmaq deyil, onu nəzarət altına almaqdır. Yəni istədiyi vaxt Çinə axan nefti dayandıra biləcək gücə sahib olmaqdır. Bütün məsələ də məhz bunun üzərində cəmlənir.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





