Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri: Vaşinqton İrəvanla strateji əlaqələri gücləndirir

ABŞ Dövlət katibi Marco Rubionun Ermənistana səfəri Vaşinqtonla İrəvan arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçiriləcək görüşlərdə əsas diqqətin regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıq və Cənubi Qafqazda baş verən geosiyasi proseslərə yönələcəyi gözlənilir. Düşünürəm ki, müzakirələrin əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi olacaq. Xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması və “Orta Dəhliz” çərçivəsində əməkdaşlıq imkanları Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Bu isə ABŞ-ın regionda sabitlik və iqtisadi əməkdaşlığın genişlənməsində daha fəal rol almağa çalışdığını göstərir. Eyni zamanda səfər çərçivəsində enerji təhlükəsizliyi, alternativ enerji və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması gözlənilir. Bu, ABŞ-Ermənistan münasibətlərində strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm proses kimi dəyərləndirilir. Həmçinin səfərin Ermənistanda parlament seçkiləri ərəfəsinə təsadüf etməsi siyasi baxımdan diqqət çəkir. Bu səfər Vaşinqtonun Baş nazir Nikol Paşinyan hökumətinə və onun qərbyönümlü siyasət kursuna dəstək mesajı kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, Marco Rubionun Ermənistana səfəri ABŞ-ın Cənubi Qafqazda artan fəallığını və Ermənistanla əməkdaşlığı gücləndirmək niyyətini göstərir. Səfər eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinə beynəlxalq dəstəyin davam etdiyini və regionda yeni geosiyasi balansın formalaşdığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)