Türkiyəli Siyasət Uzmanı, Beynəlxalq Münasibətlər Professoru Hüsaməttin İnaç İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib:

Gəldiyimiz nöqtədə İslamabad zirvəsinin nəticəsində ortaya çıxan qərar, məncə, hər iki tərəfin savaşmamaq mövzusunda razılaşdığını göstərir. Yəni sahəyə baxdığımız zaman bir quru əməliyyatı və ya bir hava-desant əməliyyatı olacağına, yaxud İrana yenidən bir hücum ediləcəyinə dair heç bir hazırlığın olmadığı aydın olur. Nitekim, Amerikanın tətbiq etdiyi blokada da artıq bunu müəyyən mənada göstərən bir amildir. Yəni bir növ “dostlar bazarda görsün” kontekstində; Çinin və ya Amerika tərəfindən sanksiya siyahısında olan gəmilərin belə keçə bildiyi bir blokadadan söhbət gedir.
Dolayısı ilə, mən İslamabadda ciddi şəkildə razılığa gəlindiyini, lakin 22 aprelə qədər bu 15 günlük atəşkəs müddətinin bir şəkildə gözlənildiyini və bu müddət ərzində hər iki tərəfin öz əlini gücləndirmək üçün bəzi atraksionlarda (hərəkətlərdə), eylemlərdə olduğunu görürəm. Beləliklə, müharibənin baş verməmə ehtimalı artıq 99 faizə çatıb. Bu nöqteyi-nəzərdən baxdıqda, bundan sonra Hörmüz boğazının statusunun yenidən müəyyənləşdirilməsi, İran və Amerikanın burada birlikdə bir nəzarət və yoxlama mexanizmi qurması və bunun müəyyən mənada iqtisadi qazanca çevrilə bilməsi nöqtəsində bəzi danışıqların aparılacağı qaçılmazdır.
Ancaq mən digər mövzuların, xüsusilə nüvə məsələsinin bir növ pərdələmə olduğunu düşünürəm. Yəni bunlar daha asan həll edilə biləcək, müharibədən əvvəl Umman və Cenevrə zirvələrində də əslində müəyyən bir olgunluğa çatdırılmış mövzular olduğunu şəxsən düşünürəm. Dolayısı ilə, nüvə mövzusunda İran ciddi güzəştlərə gedəcək və burada Birləşmiş Millətlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə xüsusilə yoxlama icazəsi veriləcək. Hətta zənginləşdirilmiş uranın bir şəkildə üçüncü bir ölkəyə təhvil verilməsi də təmin ediləcək.
Əsas etibarilə, Hörmüz boğazının statusu məsələsi ciddi bir müzakirə mövzusu olacaq; çünki daha əvvəl beynəlxalq keçidlərə açıq olan, tranzit bir boğaz kimi tanınan Hörmüz boğazı, artıq bu müharibə ilə birlikdə İran tərəfindən strateji əhəmiyyəti daha çox dərk edilən və beynəlxalq sistemlə paylaşılmaq istənməyən bir quruluşa çevrilib. Bu mənada, Amerika ilə İran arasında ciddi bir razılaşmaya doğru gedən bir anlaşma dövrü olacaq. Lakin 22 aprelə qədər hər iki tərəf müzakirə gücünü artırmaq və ya əlini daha çox gücləndirmək üçün maksimalist tələblərdə ola bilər və ya qısa müddətli xırda-para hərəkətlər edə bilərlər. Ancaq mən nəticə etibarilə bu 15 günlük müddətin bitməsindən sonra müharibə gözləmirəm; müzakirələrin qalıcı və yekun bir sülhə doğru yönəlməsini, daha doğrusu, buna ümid edirəm.
Turan Əlizadə





