Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov Türküstan.az-a verdiyi açıqlamasında qeyd edib.
Samir Hümbətov
Açığı Tramp və Mask münasibətlərinin pozulduğunu düşünmürəm. Görünən odur ki, qarşılıqlı döyüş gedir. Əslində sadəcə göstərmək istəyirlər ki, guya hakimiyyət daxilində də müəyyən narazılıqlar olur. Bir də Trampın atdığı addımların bəziləri Maskın biznes maraqlarına cavab vermir. Digər tərəfdən isə bu bir növ yoxlanış da ola bilər ki, Maska kimlərin dəstək olacağını, kimin Trampın yanında olacağını öyrənmək istəyirlər. Yəni, bunu bir növ oyun hesab etmək olar.