Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Avropanın “bulanıq suda balıq tutmaq” siyasəti: Ukrayna münaqişəsi Rusiyaya təzyiqin ən gözəl variantıdır.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib:

Avropa “bulanıq suda balıq tutmaq” siyasətindən istifadə edir.

Ekspertə görə, Avropa nə qədər ki, Ukrayna münaqişəsi var, bu vasitə ilə Rusiyaya təzyiqləri davam etdirməyə çalışır:

“Çünki belə münaqişələr Rusiyaya təzyiq göstərməyin ən gözəl variantıdır. Ancaq məsələ ondadır ki, Rusiya açıq formada Qərbi təhdid edir ki, əgər Ukraynada hansısa formada NATO-nun qoşunlarını, BMT-nin sülhməramlılarını görsə, onu özü üçün hədəf sayacaq. Sual yaranır ki, Rusiya bu qədər riskə gedərmi? Avropa ordusunu, özü də sülhməramlıları hədəf almaq o qədər inandırıcı görünmür. Görünür, Rusiya rəsmiləri Qərbi, Avropanı qorxutmaq, geri addım atdırmaq məqsədi ilə bu cür təhdidvari açıqlamalar verirlər”.

Samir Hümbətov: Rusiya rəsmiləri Qərbi, Avropanı qorxutmaq, geri addım atdırmaq məqsədi ilə bu cür təhdidvari açıqlamalar verirlər

Müsahibimizə görə, Avropa ölkələrinin Ukraynaya sülhməramlı göndərməsi də sual altındadır. S.Hümbətov hesab edir ki, hələlik Avropa buna tələsmir:

“Qərb ölkələri də Rusiyanı hədələmək məqsədi ilə, yaxud ola bilsin, Kiyevi arxayınlaşdırmaq üçün Ukraynaya qoşunlarını göndərə biləcəklərini söyləyirlər. Ancaq bu cür addımlar müharibəni kritik həddə gətirə bilər. Hazırda tərəflərin heç biri buna hazır deyil”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)