Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədr müavini, Politoloq Teymur Qasımlı Moderator.az-a verdiyi müsahibəsində qeyd edib:
Alyaska sammitindən sonra yaranmış geo-siyasi reallıqda Zəngəzur dəhlizinin taleyi necə görünür?..
“Ola bilsin ki, bu görüşdə Rusiya ilə razılığa gəlinməsi üçün müəyyən məsələlər müzakirə olunub və buna dair konkret mövqelər müəyyən edilib. Amma düşünürəm ki, həmin görüşdə mövzu əsasən Ukrayna müharibəsi olub və Zəngəzur dəhlizinin perspektivi olduğu kimi qəbul edilib…”
“Vaşinqtondakı məlum Azərbaycan-Ermənistan görüşlərindən, Sülh Bəyannaməsinin imzalanmasından və ardınca Alyaskada Putin-Tramp sammitindən sonra regionda və dünyada yaranmış mövcud geo-siyasi reallıqda artıq Turan yolu yox, “Tramp yolu” adlanan Zəngəzur dəhlizinin taleyini necə görürsüz?”