Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İrəvan hökuməti sülhdə maraqlı deyil: Paşinyan əməli addımlar atmır.

“Ermənistan rəsmilərinin ötən aylarda verdikləri açıqlamalara nəzərə salsaq, görərik ki, İrəvan hökuməti real sülhdə maraqlı deyil”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a verdiyi müsahibəsində qeyd edib.

Ermənistandan gələn açıqlamalar elə açıqlama olaraq qalır və əməli addımlar atılmır:

“Praktiki həllə keçiddə İrəvan hakimiyətindən səs-səmir çıxmır. Bir müddət sonra valı arxaya fırlayıb təkrar eyni sözləri deyirlər. Azərbaycan birmənalı şəkildə Ermənistan qarşısında iki şərt qoyub və bəyan edib ki, həmin şərtlərə əməl olunmadan sülh sazişi imzalanmayacaq. Bunlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir”.

Politoloq qeyd edib ki, digər məqamlar da var. Məsələn, Bakı tələb edir ki, İrəvan şərti sərhədlərimizə doldurduğu Avropa İttifaqının “mülki missiyası”nı da bölgədən uzaqlaşdırmalıdır. İrəvan üzərinə düşəni edərsə, sülhlə bağlı əməli addım atarsa, irəliləyiş mümkündür:

“Ermənistanın israrı da əbəs və mənasızdır. Onsuz da ATƏT-in Minsk qrupu 30 il ərzində heç nəyə nail olmayıb. Daha doğrusu, münaqişənin qalması üçün əlindən gələni edib. Təbii olaraq, sual ortaya çıxır ki, Ermənistan Minsk qrupunun qalmasına niyə maraqlıdır?!”

Samir Hümbətov: İrəvan üzərinə düşəni edərsə, sülhlə bağlı əməli addım atarsa, irəliləyiş mümkündür

Politoloq bildirib ki, Ermənistan bir tərəfdən sülhdən danışıb, digər yandan sülhə zidd addımlar ata bilməz:

“Ermənistan 10 noyabr üçtərəfli bəyanatına imza atsa da, sonradan orada yer alan müddəaları icra etməkdən boyun qaçırtdı. İddia etdi ki, artıq 10 noyabr üçtərəfli bəyannaməsi qüvvədən düşmüş sayılır. Bəyannamədə mövcud olan bir çox müddəanı Azərbaycan öz gücü hesabına reallaşdırdı. İndi Ermənistan hökumətinin üzərində Konstitusiya dəyişikliyinə getməsi, referendum keçirməyi və Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq verməlidir. Sülh yalnız o halda mümkün olacaq. Əks təqdirdə sülhdən danışmağımız boş zaman keçirməkdir”.

https://bakivaxti.az/az/posts/detail/irevan-hokumeti-sulhde-maraqli-deyil-pasinyan-emeli-addimlar-atmir-1749027518

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)