Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirib ki.
Ermənistanın yerləşdirdiyi minaların partladılması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması soyqırım sayıla bilər.
“Ermənistan minalanmış ərazilərin xəritələrini bilərəkdən gizlədir, çünki onlar olmadan ərazilərin minalardan təmizlənməsi uzun vaxt aparacaq. Azərbaycan bu məsələ ilə bağlı Ermənistanı məhkəməyə verə və təzminat tələb edə bilər. Vətəndaşlarımıza qarşı bu hərəkətlər beynəlxalq hüquq kontekstində araşdırılmalıdır. Azərbaycan tərəfi bunu hüquqi kontekstdə tam əsaslandıra bilər”, – Hümbətov bildirib.