Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlamasında deyib:

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Dohada keçirilən görüşdə əsas diqqət yarımçıq qalmış məsələlər üzərində cəmləşə bilər. Belə ki, sülh müqaviləsi paraflansa da, onun icra mexanizmləri tam tətbiq olunmayıb və Ermənistan hələ bəzi öhdəliklərini yerinə yetirməyib”.
“Bu məsələlər həll olunmalıdır, xüsusən siyasi sahədəki problemlərin aradan qaldırılması müzakirə mövzusu ola bilər.
Tərəflər həmçinin hüquqi əməkdaşlığın qurulması məsələsini də müzakirə edə bilərlər. Çünki 30 il ərzində müharibə vəziyyətində olan dövlətlər əvvəl diplomatik əlaqələr yaratmayıblar və bunların birdən-birə qurulması asan məsələ deyil.
Eyni zamanda, beynəlxalq və regional təşkilatlar vasitəsilə tam əməkdaşlıq olmasa da, tərəflər bir-birinə qarşı kəskin mövqedən çəkilə, əksinə, müəyyən dəstək verici addımlar ata bilərlər”.
Politoloq hesab edir ki, görüşdə həm Ermənistanı, həm də Azərbaycanı maraqlandıran mövzular müzakirə oluna bilər:
“Hələ ki, konkret mövzular açılmayıb, lakin ikili əlaqələrin qurulması və qarşılıqlı etimadın artırılması istiqamətində ümumi razılaşmalar gözlənilə bilər. Beləliklə, düşünürəm ki, tərəflər əsas diqqəti bu istiqamətdə danışıqlara yönəldəcəklər”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Məlumata görə, tərəflər “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcəklər.



