Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“İrəvan sammiti sülh müqaviləsini tezləşdirə bilər” -POLİTOLOQ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyə Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvanda keçiriləcək 8-ci sammitinə dəvət olunublar.

Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nazir bunu jurnalistlərə müsahibəsində bəyan edib.

Mirzoyan bildirib ki, dəvətlər hələlik şifahi formada göndərilib.

 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Gününsəsi.info-ya açıqlamasında deyib:

Əgər rəsmi dəvət olarsa, Azərbaycan və Türkiyə tərəfi bunu nəzərdən keçirə, dəyərləndirə və müzakirə edə bilər:

“Məncə, əgər dəyərləndirmə müsbət olacaqsa, bu ikitərəfli münasibətlərə müsbət təsir göstərə bilər. Ən azından etimad mühitini möhkəmləndirə bilər və həm Ermənistan, həm də Azərbaycan tərəfi bu addımları müsbət addımlar kimi qiymətləndirə bilər.

Bu həm də sülh müqaviləsinin tezləşdirilməsinə xidmət edə bilər. Artıq tərəflər arasında bir ictimai diplomatiya işləyir. Azərbaycan ictimai-siyasi sektoru nümayəndələrinin Ermənistana səfəri, Ermənistan təhlükəsizlik orqanlarının işçilərinin Azərbaycana səfəri sülh və etimad quruculuğunda mühüm addımdır”.

Politloq əlavə edib ki, müəyyən məsələlər hələ razılaşdırılmalı və görülməli işlər qalır.

“Lakin bunlar müqaviləyə daxil edilməlidir. Onların həlli üçün qarşılıqlı etimadın yaradılması vacibdir və bunu tərəflər iradə göstərsələr, həyata keçirə bilərlər”-deyo politoloq fikirlərini yekunlaşdırıb.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)