Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Avropa İttifaqı ilə ticarət dövriyyəsi hər keçən gün artır” — AÇIQLAMA

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov Demokrat.az-a verdiyi müsahibəsində qeyd edib:

“Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr daha çox enerji və ticarət sahəsində inkişaf edir. 2022-ci ilin iyun ayında Avropa İttifaqı rəhbəri Ursula von der Leyenin Azərbaycana səfər etmiş və tərəflər əldə etdikləri razılaşmalarla Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını genişləndirməyə başlamışdır”.

O, bildirib ki, Azərbaycan qazı ilə yanaşı digər məhsulların da Avropa bazarlarına çıxarılması, nəqliyyat və kommunikasiya imkanlarının Azərbaycandan Avropaya daha rahat çatdırılması üçün bütün prosedur və öhdəliklər icra olunur:

“Son razılaşmalar da bu istiqamətdə həyata keçirilir. Rusiya–Ukrayna müharibəsi fonunda Avropa İttifaqının Azərbaycana olan tələbatı və əməkdaşlıq marağı da bu kontekstdə qiymətləndirilməlidir. Gələcəkdə bu əməkdaşlıq daha sistemli və davamlı ola bilər. Avropa İttifaqı ilə Azərbaycan qarşılıqlı faydalı və bərabər hüquqlu əməkdaşlıq proseslərini icra etməkdə maraqlıdır”.

Politoloq bildirib ki, ticarət dövriyyəsi Avropa İttifaqı ilə hər keçən gün artır:

“Azərbaycanın 9 Avropa İttifaqı ölkəsi ilə strateji tətbiqsiz müqaviləsi mövcuddur. Bu faktlar enerji və ticarət sahəsində əməkdaşlığın inkişafına təsir edən əsas amillərdəndir”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)