Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz mövzu ilə bağlı İRDS Center (BMDAM) a verdiyi müsahibədə qeyd edib ki:

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında imzalanan xoşməramlı protokol uzunmüddətli olacaqmı?
Bu beynəlxalq ictimaiyyətin yaxından izlədiyi məsələdir. ABŞ, Türkiyə, Misir və Qətər tərəfindən imzalanan bu xoşməramlı protokol 2025-ci ilin noyabrında Misirdə keçirilməsi planlaşdırılan, atəşkəs və axan qanların dayandırılması məqsədi daşıyan toplantının ilkin iclası sayılsa da, onun uzunömürlü olması İsrailin mövqeyindən, ABŞ-ın təkidindən və təzyiqindən asılıdır. Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərinə gəlməmişdən əvvəl İsrail parlamentində İsraili dəstəkləməyə davam edəcəyini bəyan etməsi bu atəşkəsdə İsrailə dəstək və uzunmüddətli perspektivdə hücumlara qarşı qərəz kimi şərh edilə bilər, çünki bu protokol HƏMAS-ın silahlarını yerə qoyacağına aydınlıq gətirmir. Hazırda HƏMAS bəyan edir ki, silahlarını yerə qoymaq üçün Fələstin dövləti yaradılmalıdır və onlar silahlarını Fələstin hakimiyyətinə təhvil verəcəklər. Bu o deməkdir ki, HƏMAS silahlarını yerə qoymayacaq. Digər tərəfdən girovlar azad edilib. 5 və ya 6 cəsədin təhvil verildiyi, lakin qalan cəsədlərin dağıntılar altında qaldığı və axtarılıb tapıldığı təqdirdə İsrail hökumətinə təhvil veriləcəyi barədə məlumatlar var. Bununla belə, HƏMAS atəşkəs çərçivəsində silahlarını təslim etməsə, İsrailin axtardığı fürsətin yenidən ortaya çıxması ehtimalı var. İsrail onsuz da arabir atəş açaraq atəşkəsi pozmağa davam edir, yəni İsrail atəşkəsə əməl etməyən tərəf kimi görünür. HƏMAS bu atəşkəs pozuntularına vaxtında cavab verərsə, ABŞ-ın dəstəklədiyi İsrail hücumlarının daha da olacağını və axtarılan bəhanənin bu şəkildə ortaya çıxacağını söyləmək olar. Yəni İsrailin Qəzzada hücumlar üçün zəmin hazırlamaq üçün növbəti dəfə bəhanə axtardığını söyləmək olar. Çünki ABŞ prezidenti Donald Tramp parlamentdə bir daha İsrailə hər cür dəstəyin verildiyini, hər cür silahın sərbəst şəkildə verildiyini və İsrailin onlardan istifadə etmək iqtidarında olduğunu bir daha bəyan etməsi ilə bu ikiüzlülük üzə çıxdı. Bu proses beynəlxalq ictimaiyyət qarşısında həyata keçirilib. Nəhayət, bu xoşməramlı protokol çərçivəsində həyata keçirilən hücumlar və atəşkəs İsrailin mövqeyindən asılıdır. Təbii ki, HƏMAS öz tələblərinə cavab verməyən tərzdə əks-hücum keçirsə, atəşkəsin uzun sürəcəyi ehtimalı az görünür. Yəni deyə bilərik ki, burada atəşkəs İsrailin mövqeyindən, ABŞ-ın İsrailə sarsılmaz dəstəyindən, HƏMAS-a istədiyi fürsətin verilib-verilməyəcəyindən asılıdır. Lakin gözləntilər var ki, uzunmüddətli atəşkəs yalnız Həmas-a qarşı beynəlxalq sülhməramlı qüvvələrin və ya noyabrda keçirilməsi planlaşdırılan konfransda Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə dayandırıla bilər. Bununla belə, bu sülhməramlı qüvvələrin döyüş səlahiyyətləri və İsrailə qarşı əks-atəşlə qorunub-mühafizə olunmayacağı bəlli deyil. Sülhməramlı qüvvələrin yaradılıb-yaradılmayacağı, yaradılacağı təqdirdə onun hansı səlahiyyətlərə sahib olacağı hələlik bəlli deyil. Bunu ancaq zaman göstərəcək.
Beynəlxalq siyasət üzrə ekspert
İsmail Cingöz
Turan Əlizadə






