Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Putinə yaşıl işıq: Rusiya bu ölkəyə qayıdır – Moskva səfərinin şifrələri

Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Globalİnfo.az-a verdiyi müsahibədə qeyd edib ki:

Əhməd Əl Şaraa hakimiyyətinin legitimliyini təsdiqləmək üçün Rusiyaya səfər edib:

“Əhməd Əl Şaraanın bu səfəri Rusiya ilə dialoqa təkan verir. Rusiya Suriyadakı mövcudluğunu bərpa etməyi və Tartus və Hmeymim hərbi bazalarına qayıtmağı hədəfləyir. Çox güman ki, ABŞ bu hadisələrdən xəbərdar idi. Çünki onların Alyaska görüşündə bu məsələləri müzakirə etdiyi dəqiqdir. ABŞ və Rusiya növbəti 25 il ərzində qlobal liderliklərini itirmək təhlükəsi ilə üz-üzədir. Yeni çoxqütblü dünya sistemi qurulur. Məlumdur ki, Rusiya və ABŞ Ukraynanın yeraltı və yerüstü sərvətlərini, qiymətli torpaq elementlərini bölüşmək barədə razılığa gəliblər. Ona görə də Rusiyanın Suriyaya və Yaxın Şərqə qayıtmasını dayandıra bilməyəcəyini və Ukraynanın resurslarına ehtiyacı olduğunu bilən ABŞ bunu qəbul edib”.

İ. Cingöz qeyd edib ki, Türkiyə, Rusiya və Suriyanın üçtərəfli tarazlıq yaratması da böyük ehtimaldır:

“Suriyanın Türkiyəsiz yeni dövlət qurma ehtimalı demək olar ki, sıfıra bərabərdir. Rusiya son zamanlar Türkiyəyə tarixdə heç vaxt olmadığı qədər ehtiyac duyduğu bir dövr yaşayır. Belə bir vəziyyətdə Rusiya Türkiyəni uzaqlaşdıra bilməz. Türkiyə Suriyanı tərk etməyəcəyi üçün Rusiya-Türkiyə-Suriya üçlü qrup yaradacaq və bu bölgədəki varlıqlarını birlikdə qorumağa çalışacaqlar. Çünki Türkiyəsiz nə Rusiya, nə ABŞ, nə də Avropa bölgədə tarazlıq yarada bilməz. Suriya da bundan faydalanır. Eyni zamanda ABŞ buna göz yumacaq. Ona görə də yeni dünya sistemində Rusiya öz hərbi bazalarına qayıdaraq Yaxın Şərqə daxil olmağa çalışır. Beləliklə, Rusiya həm Şərqi Aralıq dənizi, həm də Afrika ölkələrindəki müttəfiq dövlətlər, eləcə də ona yaxın dövlətlərə sıçrayış nöqtəsi kimi Suriyaya qayıtmağa çalışır. Səfər zamanı Əhməd Əl Şaraa Rusiyadan Əsədin ekstradisiyasını tələb edib. Lakin Rusiya Əsədi ekstradisiya etməyəcək. Çünki prinsip etibarı ilə Rusiya tarixən heç vaxt müttəfiq, özünə yaxın liderləri ekstradisiya etməyib. Əsədi də ekstradisiya etməyəcəyini iddia etmək olar”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)