Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açılır?

AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaranmış, iki ölkə arasında diplomatik soyuqluq müşahidə olunmuşdu. Ötən gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş zamanı Putin ilk dəfə olaraq hadisənin Rusiyanın hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib. Bəs bundan sonra Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açılacaq?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı Mətbuat.az-a verdiyi müsahibəsində qeyd edib:

AZAL təyyarəsinin vurulması, daha sonra Yekaterinburqda baş verən hadisələr və azərbaycanlılara qarşı münasibət ümumi olaraq bir gərginlik yaratmışdı. Ancaq Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə son görüşü, aparılan danışıqlar münasibətlərə təsir edib:

“Əslində, bu münasibətlər gərgin olmalı da deyil. Axı biz əsrlərdir qonşuyuq və Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Onların taleyi bizim üçün önəmlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, münasibətlərdə gərginlik olanda bu, birbaşa insanlara – sadə vətəndaşlara təsir edir. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, Əliyev-Putin görüşündən sonra artıq vəziyyətdə müəyyən dəyişiklik müşahidə olunur. Mən demirəm ki, birdən-birə hər şey tamamilə yaxşı olacaq, amma münasibətlərdə müəyyən yumşalmaların olacağı açıq-aşkar görünür”.

Mən bu istiqamətdə irəliləyişin olacağını gözləyirəm”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)