Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Əliyev-Putin görüşünün nəticəsi: Azərbaycan yeni reallıqlar çərçivəsində bərabərhüquqlu tərəfdaş kimi qəbul olundu.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında qeyd edib:

Azərbaycan bu gün Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaşdır: “İki ölkə arasındakı ticarət əlaqələri Moskva üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Rusiya beynəlxalq təcrid şəraitində olduğu bir dövrdə Azərbaycanla diplomatik münasibətlərin qorunması onun üçün strateji zərurətdir. Digər tərəfdən, Azərbaycan həm də Ukrayna ilə münasibətləri olan bir dövlət kimi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın vasitəçilik rolu, hətta epizodik formada belə, gündəmə gələ bilər. Bütün bunlarla yanaşı, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq da güclənir. Rusiya da bunu nəzərə alaraq ağıllı addım atmağa çalışır. Çünki Azərbaycana təzyiq göstərmək nə praktik, nə də səmərəli olardı. Əksinə, Moskva üçün Azərbaycanla münasibətləri qorumaq, onu strateji tərəfdaş kimi itirməmək daha məqsədəuyğundur. Bu addımlar həm də Rusiyanın Qərbin regionda mövqelərini məhdudlaşdırmaq cəhdinin tərkib hissəsidir”.

 

K.Novruzov həmçinin bildirib: “ABŞ-ın regiondakı aktivliyini nəzərə alsaq, Rusiyanın öz mövqeyini yenidən qiymətləndirməsi təəccüblü deyil. Nəticə etibarilə, Rusiyanın səhvini etiraf etməsi və Azərbaycanın şərtləri ilə razılaşması həm zərurətdən irəli gəlir, həm də Prezident İlham Əliyevin böyük diplomatik şahmat taxtasında atdığı məqsədyönlü, ağıllı addımların nəticəsidir. Eyni zamanda nəzərə lazımdır ki, Rusiyanın səhvini etiraf etməsi, kompensasiya ödəməyə razı olsa heç bir halda zəiflik kimi qiymətləndirilməməlidir. Bunu belə təqdim etmək istəyənlər ikitərəfli münasibətlərin pisləşməsində maraqlı olanlardır. Rusiya və Azərbaycan dövlətlərdir. Münasibətlərdə əvvəllər də dalğalanmalar olub. Amma gərginliyin uzun çəkməyəcəyi gözlənilirdi. Bu, hər iki tərəfin ziyanına olardı. Odur ki, liderlər ikitərəfli münasibətlərin normallaşması üçün diplomatik iradə ortaya qoydular”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)