Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq güclənir

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı Demokrat.az-a verdiyi müsahibəsində qeyd edib:

“ABŞ-ın regiondakı mövcud fəaliyyəti və vasitəçilik missiyası göstərir ki, Vaşinqton bu proseslərdə xüsusi maraq göstərir. Tramp administrasiyası danışıqlara həssas yanaşır və əsas məqsəd tərəflərin bir masa ətrafında fikir birliyinə gəlməsidir. Bunun Azərbaycan–ABŞ münasibətlərinə və ümumən regiona təsirini isə zaman göstərəcək”.

O, bildirib ki, imzalanan müqavilə fonunda münasibətlərin əsas istiqaməti regionda strateji tərəfdaşlığın gücləndirilməsi olacaq:

“Burada enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat və kommunikasiya məsələləri ön plandadır. ABŞ həm iqtisadi, həm də siyasi təhlükəsizlik sahəsində Azərbaycanla birgə fəaliyyətin tərəfdarıdır”.

Ekspert bildirib ki, gələcəkdə münasibətlərin üç əsas istiqamət – siyasi, iqtisadi və hərbi təhlükəsizlik üzrə inkişaf edə biləcəyi gözlənilir:

“Münasibətlər əvvəllər dalğalı xarakter daşısa da, avqustun 8-də atılan addım yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)