Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Vaşinqtondan Bakıya Kritik Səfər: Kaleb Orrun Missiyası Regional Güc Balansında Nəyi Dəyişəcək?

Kaleb Orrun Azərbaycana səfərinin əsas məqsədinin iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək və regional məsələləri müzakirə etmək olduğunu düşünürəm. Son dövrlərdə Cənubi Qafqazda baş verən siyasi proseslər regiona beynəlxalq marağı artırıb və ABŞ da bu prosesləri yaxından izləyən əsas dövlətlərdən biridir. Bu baxımdan, ABŞ dövlət katibinin köməkçisinin Azərbaycana səfəri Vaşinqtonun Bakı ilə əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Fikrimcə, səfər zamanı regional təhlükəsizlik, Azərbaycan-Ermənistan arasında sülh prosesi, enerji əməkdaşlığı və iqtisadi əlaqələrin inkişafı kimi məsələlər əsas müzakirə mövzuları olub. ABŞ regionda davamlı sabitliyin yaranmasında maraqlıdır və bu məqsədlə tərəflərlə dialoqu davam etdirməyə çalışır. Eyni zamanda, Vaşinqton sülh prosesinin irəliləməsini də diqqətlə izləyir və bu istiqamətdə öz dəstəyini göstərməyə çalışır. Digər tərəfdən, Azərbaycanın enerji sahəsindəki rolu və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın strateji coğrafi mövqeyi, beynəlxalq nəqliyyat layihələrində iştirakı və regionda artan nüfuzu da ölkəyə olan marağı artıran əsas amillərdəndir. Nəticə etibarilə, Kaleb Orrun Azərbaycana səfəri həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan mühüm diplomatik addım kimi qiymətləndirilə bilər. Bu səfər ABŞ-ın Azərbaycanı regionun vacib tərəfdaşlarından biri hesab etdiyini bir daha nümayiş etdirir. Bu cür səfərlər ölkələr arasında qarşılıqlı etimadın güclənməsinə və siyasi dialoqun daha da fəallaşmasına xidmət edir. Eyni zamanda, tərəflərin ortaq maraq kəsb edən məsələlər üzrə əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yaradır. Azərbaycanın regionda artan geosiyasi əhəmiyyəti beynəlxalq tərəfdaşların ölkəyə marağını daha da artırır. Bu baxımdan, Kaleb Orrun səfəri gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni təşəbbüslərin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)