Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Rusiya-Ukrayna müharibəsi yaxın müddətdə bitə bilər? – ANALİTİK ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin yaxın müddətdə bitməsi gözlənilirmi?

Rusiya–Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu ilə başladı. Amma bu qarşıdurma sadəcə bu tarixlə başlamayıb, çünki 2014-cü ildən – Krımın ilhaqı və Donbasdakı gərginlikdən bəri davam edir. Mənim fikrimcə, yaxın zamanlarda müharibənin bitməsi çox real görünmür. Çünki tərəflər arasında hələ də ciddi fikir ayrılığı var. Rusiya işğal etdiyi əraziləri saxlamaq istəyir, Ukrayna isə onları geri almağa çalışır. Belə vəziyyətdə ortaq razılığa gəlmək çətindir. Rəsmi açıqlamalara baxdıqda isə bu açıq şəkildə görünür. Ukrayna rəhbərliyi bildirir ki, ərazi bütövlüyü tam bərpa olunmadan müharibə bitmiş hesab olunmur. Rusiya isə öz strateji və təhlükəsizlik maraqlarını qorumaqda israrlıdır və geri addım atacağını düşünmür. Bundan əlavə düşünürəm ki, müharibənin uzanmasına təsir edən digər bir amil beynəlxalq faktorlar və tərəflərə verilən dəstəklərdir. Ukrayna ABŞ və Avropa ölkələrinin dəstəyi ilə hərəkət edir, bu isə müharibənin tez bitməsinə deyil, uzunmüddətli və mərhələli davam etməsinə səbəb olur. Rusiya da həm hərbi, həm də iqtisadi baxımdan müharibəni davam etdirə bilir və bütün bunlar göstərir ki, müharibə yaxın zamanlarda bitməyəcək. Tərəflər arasındakı fikir ayrılığı və strateji maraqların toqquşması hələ uzun müddət bu qarşıdurmanı davam etdirəcək.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə 

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)