Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

ABŞ və Rusiya qarşı-qarşıya: Dünya savaşı rəsmən başlayır?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov mövzu ilə bağlı Moderator.az-a verdiyi müsahibəsində qeyd edib:

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə verilən mesajlardan belə nəticə hasil olur ki, Alyaska görüşünə qədər Trampda müəyyən ümid var idi. Onun sözlərinə görə, Ağ ev rəhbəri inanırdı ki, həmin vaxta qədər Putini bir formada razı salmaq və Rusiyanı Ukrayna müharibəsini dayandırmağa nail etmək mümkün olacaq:

“Lakin Alyaska görüşündən sonra Rusiyanın verdiyi açıqlamalar və tutduğu mövqe göstərdi ki, Moskva Trampın düşündüyü qədər sülh istəmir və əksinə, daha böyük ambisiyalara sahibdir. Son dövrdə Rusiyanın Şərqi Avropada – NATO-ya daxil olan ölkələrin ərazilərində kəşfiyyat işləri aparması ABŞ-ın diqqətindən yayınmadı. Trampa izah olundu ki, bu cür davam edəcəyi təqdirdə Rusiya NATO-nun nüfuzunu sarsıdacaq və bunun qarşısının alınması üçün tədbirlər görülməlidir.

Eyni zamanda Tramp görür ki, Ukrayna əldə edilmiş razılaşmalara sadiq qalır, amma Rusiya buna əməl etmir. Ona görə də Zelenski ilə görüşdə Trampın verdiyi mesajlardan hiss olunurdu ki, artıq o, Rusiyadan ümidini üzməyə başlayıb. Tramp həm də anlayır ki, Rusiyanın real potensial imkanları məhduddur və belə olan halda onun müharibədə qalib gəlmək şansı da azdır.

Məhz buna görə Tramp daha açıq mesajlar verməyə başlayıb. Bu görüşdə də onun sözləri Rusiyanın nüfuzunun zəiflədiyini göstərirdi. Trampın verdiyi bəyanatlar həm də Moskvanın daha genişmiqyaslı müharibəyə girişəcəyi təqdirdə ABŞ-ın birbaşa müdaxiləsini istisna etmədiyi mesajını daşıyırdı. Bu, əslində Rusiyaya xəbərdarlıq idi: “Səbrimi zorlamayın, məni açıq dəstəyə keçməyə məcbur etməyin”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)