Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Dəyişən Geosiyasi Reallıqlar və NATO: Alyansın Cənubi Qafqazda “Balanslı Yanaşma” Strategiyası

NATO baş katibinin xüsusi nümayəndəsinin Azərbaycana planlaşdırılan səfərini məncə bir neçə istiqamətdən qiymətləndirmək olar və bu addım sadəcə rəsmi görüş xarakteri daşımır, daha geniş geosiyasi məna verir. İlk növbədə, bu səfər NATO-nun Cənubi Qafqaz regionuna olan davamlı marağının göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycan regionda həm enerji resursları, həm də strateji coğrafi mövqeyi ilə fərqləndiyi üçün alyans burada sabitlik və əməkdaşlıq mühitinin qorunmasına xüsusi önəm verir. Fikrimcə, səfərin əsas məqsədlərindən biri də bu əlaqələrin hazırkı vəziyyətini qiymətləndirmək və gələcək istiqamətləri müəyyənləşdirməkdir. Digər tərəfdən, son dövrlərdə regionda baş verən siyasi proseslər və dəyişən təhlükəsizlik mühiti NATO-nun burada daha aktiv diplomatik xətt aparmasına səbəb olur. Hamiltonun əvvəlcə Ermənistan və Gürcüstana səfər etməsi, daha sonra Azərbaycana planlaşdırılan gəlişi onu göstərir ki, təşkilat regionu bütöv şəkildə qiymətləndirir və ayrı-ayrı ölkələr arasında balanslı yanaşma formalaşdırmağa çalışır. Düşünürəm ki, bu səfər eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik kimi məsələlərin də müzakirə olunacağı platforma ola bilər. Xüsusilə Avropa üçün Azərbaycan enerji təchizatı baxımından əhəmiyyətli tərəfdaşdır və bu da NATO-nun maraq dairəsinə dolayı şəkildə daxil olur. Nəticə olaraq düşünürəm ki, bu səfər təkcə diplomatik protokol addımı deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda NATO-nun regionla əlaqələrini daha sistemli və strateji səviyyəyə daşımaq cəhdidir.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)