Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Tramp-Netanyahu İttifaqı: Yaxın Şərqdə Yeni Sərt Güc Balansı və Bloklaşma Mərhələsi

Donald Tramp ilə Benjamin Netanyahu arasında əməkdaşlığın güclənməsi sadəcə ikitərəfli münasibətlərin yaxşılaşması kimi yox, daha geniş geosiyasi proseslərin göstəricisi kimi dəyərləndirilə bilər. Fikrimcə Bu yaxınlaşma Yaxın Şərqdə yeni siyasi və hərbi reallıqların formalaşdığını göstərir və ABŞ-İsrail xəttinin regiondakı strategiyasını daha aydın şəkildə ortaya qoyur. Xüsusilə İranın artan regional təsiri və nüvə proqramı ilə bağlı narahatlıqlar bu əməkdaşlığın əsas motivlərindən biri kimi çıxış edir. Məncə, bu kontekstdə ABŞ və İsrail arasında artan yaxınlaşma yalnız diplomatik koordinasiya ilə məhdudlaşmır, eyni zamanda təhlükəsizlik və hərbi sahədə daha aktiv və konkret addımların atılmasına şərait yaradır. Bu, tərəflərin regionda potensial riskləri qabaqlamaq və öz maraqlarını qorumaq üçün daha sərt və planlı siyasət yürütdüyünü göstərir. Eyni zamanda bu vəziyyət regionda güc balansının yenidən formalaşmasına səbəb ola bilər. Düşünürəm ki, bu proses Yaxın Şərqdə bloklaşma meyllərini də gücləndirir. Bir tərəfdə ABŞ və İsrailin təhlükəsizlik yönümlü siyasəti, digər tərəfdə isə İran və onun müttəfiqləri arasında gərginlik daha da dərinləşə bilər. Bu isə diplomatik dialoqun çətinləşməsi və lokal münaqişələrin daha geniş miqyas alma ehtimalını artırır. Ümumilikdə, bu əməkdaşlığın dərinləşməsi Yaxın Şərqdə sadəcə mövcud vəziyyətin davamı deyil, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələ həm siyasi güc balansının dəyişməsi, həm də hərbi və diplomatik alətlərin paralel şəkildə daha intensiv istifadəsi ilə xarakterizə olunur. Eyni zamanda bu dinamika regionu daha həssas və qeyri-sabit bir təhlükəsizlik mühitinə çevirə bilər.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)