ABŞ və İsrailin İran obyektlərinə zərbə endirməsi qlobal enerji bazarına ciddi təsir göstərə bilər. İlk növbədə, bu hadisə neft və qaz qiymətlərinin artmasına səbəb ola bilər. Çünki İran mühüm enerji istehsalçısıdır və regionda gərginliyin artması bazarda qeyri-müəyyənlik yaradır. Düşünürəm ki, bu vəziyyət təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm nəticələrə gətirib çıxara bilər. Belə ki, Yaxın Şərqdə gərginlik daha da artsa, yeni münaqişə riski yarana bilər. İranın öz müttəfiqləri vasitəsilə cavab verməsi ehtimalı da yüksəkdir. Bu isə regionda sabitliyi daha da zəiflədə bilər. Eyni zamanda hesab edirəm ki, bu hadisə böyük dövlətlər arasında münasibətlərə də təsir edəcək. ABŞ-ın addımları bəzi ölkələr tərəfindən dəstəklənsə də, digərləri tərəfindən tənqid oluna bilər. Bu fonda Çin və Rusiyanın regionda təsir imkanlarının artması da mümkündür. Ümumilikdə, belə bir zərbə həm enerji bazarında qiymət artımına və qeyri-sabitliyə səbəb olacaq, həm də uzunmüddətli dövrdə dünya siyasətində yeni balansların formalaşmasına gətirib çıxara bilər. Nəticə olaraq, bu hadisə qlobal iqtisadi və siyasi mühitdə qeyri-müəyyənliyi artıraraq bütün tərəflər üçün riskləri böyüdür
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə





