Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Putinin görüş məqsədi nə idi? – ANALİTİK ŞƏRH

Bildiyimiz kimi 01.04.2026-ci il tarixində Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Kremldə görüşü baş tutmuşdur. Görüş zamanı Rusiya-Ermənistan münasibətləri, Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında uğurla davam edən sülh prosesi şərh edilmişdir və bu mövzunun kontekstində Rusiya Prezidenti Qarabağ məsələsinə toxunmuşdur. Məlum olduğu üzrə iyun ayında Ermənistanda parlament seçkilərinin baş tutması gözlənilir. Rusiya dövlət başçısı da bu seçki öncəsində Paşinyanla görüşmək istəmiş və ona təklif və iradlarını bildirmiş, bu bildirişlərin tərkibində öz mesajlarını Ermənistan rəhbərliyinə ötürmüşdür. Burada Putini narahat edən bir neçə məqam vardır ki, onları qeyd etmək istərdim.
* Ermənistanın Qərblə yaxınlaşmasını özünə təhdid olaraq görür, hansı ki bu hadisəni Ukraynada da görmüşdür və hal-hazırda geri qayıdışı olmayan bir savaşın içindədir.
* Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması və Qarabağın məsələsinin aradan həlli yolunda atılan addımlar
Məhz bu səbəbdən görüş zamanı Qarabağ məsələsinə toxunuldu, çünki artıq Rusiya Cənubi Qafqazda mövqeyini itirmişdir, Qarabağ onun əlindəki tək açar idi, lakin artıq Ermənistan rəhbərliyi Qarabağ məsələsində doğru yolu tutmuş və şərqində Azərbaycan, qərbində isə Türkiyə ilə münasibətləri normallaşdırmaq yolunda addımlar atır, bu da Rusiya dövlətinin heç istəmədiyi bir addımdır.
Çünki vaxtı ilə ermənilərin bura köçürülməsində məqsəd Azərbaycan ilə Türkiyə arasında bir bufer zonanın yaradılması idi.
Eyni zamanda Putin Rusiya-Ermənistan münasibətləri fonunda Ermənistanın Avropa İttifaqına üzvlüyünü qəti şəkildə istəmədiyini Ermənistana bildirmiş və Ermənistana qazın Avropaya nisbətən qat-qat aşağı verildiyini qeyd edərək Ermənistan rəhbərliyini üstüörtülü şəkildə təhdid etmiş, bu mövzuya xüsusi diqqətlə yanaşmalı olduqlarının xəbərdarlığını üstüqapalı formada ifadə etmişdir.

Nəticə etibarilə fikrimcə bu görüş təsadüfi bir görüş deyildir, görüş Rusiya Federasiyası Prezidenti Vladimir Putinin istəyi ilə keçirilmiş və az öncə də qeyd etdiyim kimi Putin öz istək və xəbərdarlıqlarını üstüqapalı formada Paşinyanın diqqətinə çatdırmışdır. Lakin Putin hər nə qədər çabalasada artıq Rusiya keçmiş gücünü itirmiş Azərbaycan isə gün keçdikcə inkişaf edərək dünya arenasında öz sözünü deyən dövlətlər sırasına daxil olmuşdur.

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)