Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

ABŞ Netanyahuya arxa çevirdi – Təl-Əvivin planı pozulur

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında qeyd edib:

İsrailin baş naziri Netanyahu elə şərtlər irəli sürür ki, bu, Rusiyanın Ukraynadakı müharibədə irəli sürdüyü şərtlərə bənzəyir:

“Yəni bu, bir anlaşma deyil, faktiki olaraq diktədir. O fantastik şərtləri irəli sürür və özü də başa düşür ki, buna heç kim razılaşmayacaq. İsrailin baş nazirinin məqsədi müharibəni uzatmaqdır. Çünki Benyamin Netanyahunun hakimiyyətinin taleyi faktiki olaraq müharibədən asılıdır. Əgər müharibə bitsə, onun mövqeyi zəifləyəcək. Hətta komandasında belə müharibəyə etiraz edənlər var, hələ kənar təsirləri demirəm. Ona görə də o bilərəkdən müharibəni uzadır.

İrana, sonra Yəmənə və digər ərəb ölkələrinə edilən hücumlar da bunun təzahürüdür. İsrail hazırda böyük bir atəşkəsə hazır deyil və razılaşmır. Fələstin məsələsinə gəlincə, dünya dövlətləri tədricən Fələstini dövlət kimi tanıyırlar. Bir çox dövlət iki dövlətli həll yolunu dəstəklədiyini bildirir.

Belə olan halda, İsrailin iradəsi və arzuları o qədər də keçərli olmayacaq. Son vaxtlar ABŞ-ın İsraillə münasibətlərində də müəyyən soyuqlaşma müşahidə olunur ki, bu, Netanyahunun şıltaqlıqlarının nəticəsidir. Hətta bir vaxtlar onu dəstəkləyən ABŞ artıq arxasından çəkilir. İsrailin hazırkı səsləndirdiyi təklif və tələblər yerinə yetirilməyəcək..”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)