Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

İsrail-Fələstin Qarşıdurması Böyüyür

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov İnformator.az-a açıqlamasında qeyd edib:

Fələstin dövləti artıq bir sıra ölkələr tərəfindən tanınır:

“Bu qarşıdurmanın kökündə Fələstinin tanınma prosesi dayanır. Əslində, 1948-ci ildən bəri həyata keçirilməli olan əsas məsələ iki dövlətin – İsrail və Fələstin dövlətlərinin birgə mövcudluğudur. Lakin bu günə qədər bu məsələ reallaşmayıb. Bəzi dövlətlər – Böyük Britaniya, Fransa, Avstraliya vaxtında Fələstini tanımayıblar, lakin indi bu istiqamətdə addımlar atmağa çalışırlar.

İsrail tərəfi isə bu qarşıdurma fonunda açıq şəkildə bildirir ki, ‘Biz Fələstin dövlətinin tanınmasına imkan verməyəcəyik’. Fələstinin müstəqil dövlət kimi tanınması bəzi ölkələrdə aqressiyaya səbəb ola bilər. Amma mən düşünmürəm ki, bu, genişmiqyaslı müharibəyə səbəb olacaq.

Əlbəttə, bu gün yaranmış vəziyyətin səbəblərindən biri də son iki il ərzində bölgədə həyata keçirilən qətliam nəticəsində 50 mindən çox insanın həyatını itirməsidir. Bu hadisələrdə beynəlxalq birliyin də məsuliyyəti var. Çünki müəyyən mənada onlar bu şəraitin yaranmasına yol açdılar. İndi isə həmin qətliamlardan sonra Fələstin dövlətinin tanınması məsələsi gündəmə gəlib. Ərazilərin bir hissəsi işğal altındadır və bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Düşünürəm ki, qarşıdurmanın sülh yolu ilə həll olunması üçün dövlətlərin təzyiqi olmalıdır. Bu təzyiqlər olacaqmı? Bu, önəmli bir sualdır. Hələlik reallıq bunu göstərmir. Amma hər bir halda Fələstinin müstəqilliyi artıq tanınır, qəbul edilir. Mən düşünürəm ki, bu məsələ regional təhlükə doğurmur, yəni müharibə ehtimalı o qədər də yüksək deyil. Lakin İsrailin bu vəziyyəti qəbul edib-etməyəcəyi hələlik sual altındadır”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)