Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Bu səfər ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir” – ŞƏRH EDİLDİ

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Sia.az-a müsahibəsində qeyd edib:

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ondan xəbər verir ki, BƏƏ artıq Azərbaycanla iqtisadi-ticarət sahədə əməkdaşlığı daha geniş mərhələyə keçirtmək istəyir”.

Onun sözlərinə görə, səfər çərçivəsində diqqətçəkən məqamlardan biri də o idi ki, Birləşmiş Ərəb Əmirlikləri Qarabağda bir kənd tikmək istəyir:

“Yəni bu o deməkdir ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə böyük maraq göstərir. Münasibətləri daha da inkişaf etdirmək üçün müəyyən mənada dəstək göstərməyə çalışır. Təbii ki, Azərbaycan özü bu torpaqlarda bərpa və yenidənqurma işlərini davam etdirir. Amma Birləşmiş Ərəb Əmirliklərinin bu addımı birbaşa dostluğa xidmət edən münasibətlərin kontekstini ortaya çıxarır. BƏƏ-nin Azərbaycanın bərpa olunan enerji sektoruna, “yaşıl enerji” layihələrinə və digər mühüm infrastruktur təşəbbüslərinə sərmayə yatırmaq istəyi, təkcə iqtisadi maraqlardan doğmur. Bu, həm də Əmirliklərin dayanıqlı inkişaf, ekoloji məsuliyyət və innovasiya əsaslı iqtisadi model yaratmaq istiqamətində Azərbaycanla ortaq strateji vizyonunun mövcudluğunu göstərir. Bu kontekstdə, BƏƏ-nin nəhəng enerji şirkətlərinin – məsələn, “Masdar”ın – Azərbaycandakı fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Əlavə olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli dərəcədə artması və birgə biznes forumların təşkili, qarşılıqlı maraqların getdikcə daha da genişləndiyini təsdiqləyir. Düşünürəm ki, təkcə iqtisadi yox, siyasi əlaqələr də mühüm əhəmiyyət daşıyır. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın cənab Prezident İlham Əliyevlə görüşü ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir. Bütün bunların fonunda BƏƏ Prezidentinin Azərbaycana səfərini həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən məhsuldar hesab etmək olar”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)