Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Qrenlandiya: Tramp-ın yeni hədəfi.

Türkiyəli Siyasət Uzmanı, Beynəlxalq Münasibətlər Professoru Hüsaməttin İnaç İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib:

H.i.

Hazırda Tramp təxminən 30 trilyon dollarlıq xarici borcla bir dövləti təhvil almışdır. Buna görə də o, bu borcları əhəmiyyətli dərəcədə ödəyə bilmək üçün ciddi səylər göstərir. Bu kontekstdə Tramp nadir torpaq elementlərinə, neft və təbii qaz ehtiyatlarına malik olan hər bir bölgəni mümkün qədər təzyiq və müdaxilə yolu ilə nəzarət altına almağa çalışır.

Xüsusilə bu dövrdə ikiqütblü dünyanın sona çatdığı, yeni bir dünya nizamının qurulmağa çalışıldığı və ABŞ-ın hegemon güc statusundan tədricən gerilədiyi bir mərhələ yaşanır. Lakin Rusiya və Çin kimi dövlətlərin güclü bir alternativ güc mərkəzi yarada bilməməsi, eyni zamanda Avropa İttifaqının Ukrayna–Rusiya müharibəsinin nəticəsi olaraq sürətlə güc itirməsi, təəssüf ki, ABŞ-ı beynəlxalq sistemdə rəqibsiz və qarşısıalınmaz bir gücə çevirmişdir.

Bu səbəbdən Trampın əsas məqsədi müharibələri bitirmək və ya davamlı sülh yaratmaq deyil. Əksinə, kövrək və müvəqqəti atəşkəslər vasitəsilə özünü sülh elçisi kimi təqdim etməyə çalışır. Bunun ən diqqətçəkən nümunələrindən biri, Azərbaycan ilə Ermənistan arasında artıq təxminən bir il əvvəl əldə edilmiş atəşkəsi sanki özü təmin etmiş kimi təqdim etməsidir. Halbuki “müharibəni bitirdiyini” iddia etdiyi bir çox bölgədə silahlı toqquşmalar yenidən baş qaldırmışdır.

Beləliklə, bu prizmadan baxdıqda Trampın əsl niyyəti sülhü təmin etmək və ya bəşəriyyətə firavan və təhlükəsiz bir dünya miras qoymaq deyil. Əksinə, öz hakimiyyətini legitimləşdirmək məqsədilə, sülh yaradırmış görüntüsü verərək bu təsviri və nümayişi formalaşdırmağa çalışır.

Qrenlandiya məsələsində də ciddi hərbi və ya siyasi addımların atılması ehtimalı yüksəkdir. Tramp bunun sınağını Venesuelada həyata keçirmişdir. Venesuelaya qarşı dayanmalı və ya onunla birlikdə hərəkət etməli olan Rusiya, Çin və İran kimi dövlətlərin kifayət qədər dəstək göstərməməsi, Trampa başqa bir bölgəyə yönəldiyi təqdirdə də nəticə əldə edə biləcəyi düşüncəsini aşıladıqdır.

Xüsusilə Rusiyanın qarşısında formalaşmalı olan imperial güclərin passiv qalması və ABŞ-a qarşı effektiv bir güc qütbü yarada bilməməsi, Vaşinqtonu daha da cəsarətləndirmişdir. Tramp da bu vəziyyəti fürsətə çevirərək, təbir caizsə, enerji, təbii qaz, neft və nadir torpaq elementlərinə sahib olan hər bölgəyə mövcud geosiyasi şəraitdən istifadə etməklə yönəlir.

Bu səbəbdən, hazırkı dövrü insanlıq və qlobal təhlükəsizlik baxımından son dərəcə riskli və qeyri-sabit bir mərhələ kimi qiymətləndirmək yanlış olmaz. Çünki İkinci Dünya müharibəsindən sonra yaradılmış Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi kimi institutlar artıq böyük ölçüdə funksionallığını itirmişdir.

Bundan əlavə, bu beynəlxalq sistemi quran ABŞ özü də ciddi bir güc itirmə təhlükəsi ilə üz-üzədir. Tramp bunu açıq şəkildə anlayır: əgər ABŞ birinci güc statusunu itirib ikinci sıraya düşərsə, ölkə 50 ştatın parçalanma prosesinə daxil olması kimi ciddi daxili böhranla qarşılaşa bilər; bu prosesin Texasdan başlaya biləcəyi belə müzakirə olunur.

Məhz buna görə Tramp ABŞ-ın gələcək sabitliyini və rifahını qorumaq naminə müharibələri faktiki olaraq davam etdirməyi, lakin bunu qısamüddətli atəşkəslər və formal sülh görüntüləri ilə pərdələməyi üstün tutur. Beləliklə, ictimai rəyi çaşdıraraq öz real niyyətlərini gizlətməyə çalışır.

Hüsamettin İnaç

 

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)