Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Xalqımız böyük xilaskar Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün çəkdiyi əziyyətləri, göstərdiyi fədakarlıqları daim yad edəcək”

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlətçiliyinin qurtuluş tarixidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir bayram gündür. Bu tarixi xalqımız üçün əsl qurtuluş tarixinə çevirən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olub. Bu gün xalqımız tam əmindir ki, müstəqil, suveren Azərbaycan Heydər Əliyev ideyalarının davamçıxı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə ucalacaq, yeni-yeni uğurlara imza atacaq.

Beynəlxalq Münasibətlər, Diplomatik Tədqiqatlar və Strateji Araşdırmalar Şöbəsinin Müdiri, Politoloq Amid Əliyev Pravada.az-a verdiyi müsahibəsində qeyd edib ki, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində 15 İyun – Milli Qurtuluş Gününün özünəməxsus yeri var:

“Demək olar ki, müstəqilliyimizin qorunub saxlanılmasında bu günün tarixi, siyasi və hüquqi əhəmiyyəti olduqca vacibdir. Siyasi xaos, vətəndaş itaətsizliyi, dövlət idarəçiliyində tam nəzarətsizlik və ərazi bütövlüyümüzün itirildiyi bir şəraitdə ümummulli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması davamlı dövlətçilik və müstəqillik ənənələrinin gələcək nəsillərə ötürülüməsini təmin etdi. Məhz 15 iyundan sonra Azərbaycanda ictimai-siyasi sabitlik, dövlət-vətəndaş münasibətlərində etimadın bərpa olunması və ərazi bütövlüyümüzün beynəlxalq prinsiplərə uyğun şəkildə bərpa olunmasına hədəflənmiş dövlət siyasəti real olaraq icra edilməyə başlandı. Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü həm də siyasi cəhətdən olduqca vacibdir. Dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin təmin olunması və beynəlxalq münasibətlərin vacib aktoru rolunda çıxış etmək ölkəmizin adına yazıldı. Məhz bu tarixdən etibarən Azərbaycanın iqtisadi inkişafı, sosial tərəqqi və müdafiə qabiliyyəti kimi vacib məsələlər öz həllini tapmış oldu. Digər mühüm bir məsələ isə bu günün adı ilə bağlıdır. Belə ki, 15 İyun məhz “milli gün” kimi qeyd olunur. Bu da Azərbaycan xalqının birliyinə, azadlığına və Ulu Öndərin milli-mənəvi dəyərlərə yüksək qiymət verməsindən irəli gəlirdi. Buna görə də 15 İyun həm də azərbaycanlıların milli birlik, milli özündərk və oyanış günü kimi də qiymətləndirilə bilər. Tarixi varislik baxımından da da 15 İyun günü xalqımız üçün bir çox mənada qiymətlidir. Belə ki, Ulu Öndərdən qalan miras etibarlı əllərə ötürüldü. İkincisi, dövlətin davamlılığı qorunub saxlanıldı. Nəhayət, Konstitusiya quruluşu pozulmadı, vətəndaşların etimadı bərpa olundu və sonda ictimai-siyasi sabitlik bərpa olundu. Beləliklə, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan üçün siyasi cəhətdən olduqca mühüm iz qoymuş bir gündür. Bu günün gələcək nəsillərə tam mənasında, əsl məzmunu ilə ötürülməsi olduqca vacibdir”.

3 Comments

  • hi88

    14 Fevral 2026 - 15:30

    Attractive part of content. I just stumbled upon your blog and in accession capital to claim that I get actually enjoyed account your blog posts. Anyway I will be subscribing on your feeds or even I fulfillment you get admission to constantly quickly.

  • 國產 av

    16 Fevral 2026 - 08:01

    I like the helpful info you provide in your articles. I’ll bookmark your weblog and check again here frequently. I am quite sure I will learn many new stuff right here! Good luck for the next!

  • b2xbet

    16 Fevral 2026 - 20:40

    Thanks for the good writeup. It if truth be told was once a enjoyment account it. Look complex to more introduced agreeable from you! However, how could we be in contact?

Leave A Comment To 國產 av

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)