Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Tokayevin Moskva səfəri başladı: Masada hansı məsələlər var?

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2026-cı ilin may ayında Moskvaya həyata keçirdiyi işgüzar səfər yalnız rəsmi tədbirlərdə iştirakla məhdudlaşmır, eyni zamanda iki ölkə arasında strateji münasibətlərin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səfər həm tarixi yaddaşın qorunması, həm də regional və ikitərəfli əməkdaşlığın müzakirəsi fonunda diqqət çəkir. Mənim fikrimcə, səfərin əsas istiqamətlərindən biri İkinci Dünya Müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə Moskvada keçirilən rəsmi tədbirlərdə və hərbi paradda iştirakdır. Tokayevin digər MDB ölkələrinin liderləri ilə birlikdə bu mərasimlərdə iştirakı, postsovet məkanında tarixi yaddaş və ortaq simvolik dəyərlərin hələ də diplomatik münasibətlərdə mühüm rol oynadığını göstərir. Bununla yanaşı, səfər çərçivəsində Rusiya ilə ikitərəfli strateji əməkdaşlığın geniş müzakirə olunduğunu demək olar. Məncə, xüsusilə iqtisadi-ticari əlaqələrin inkişafı, qarşılıqlı investisiya layihələrinin artırılması və mal dövriyyəsinin genişləndirilməsi iki ölkə üçün prioritet istiqamətlərdən biridir. Eyni zamanda enerji sektoru və tranzit imkanları da diqqət mərkəzindədir. Qazaxıstanın neft və qaz resurslarının Rusiya ərazisindən daşınması, həmçinin yeni logistik marşrutların formalaşdırılması bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Ümumilikdə, mən hesab edirəm ki, Tokayevin Moskva səfəri yalnız simvolik tədbirdə iştirak deyil, eyni zamanda Qazaxıstan–Rusiya münasibətlərinin strateji xətt üzrə inkişafını təsdiqləyən mühüm diplomatik addımdır. Bu səfər regional geosiyasi proseslər fonunda mövqelərin uzlaşdırılması və qarşılıqlı maraqların qorunması baxımından da əhəmiyyətli rol oynayır.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)