Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Ermənistan-Böyük Britaniya strateji sənədi regional proseslərə necə təsir edəcək?

Ermənistan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından diqqət çəkən addımlardan biri hesab olunur. Bu sənəd tərəflər arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilə bilər. Fikrimcə, bəyannamənin əsas məqsədi iki ölkə arasında uzunmüddətli və sistemli əməkdaşlıq platformasının formalaşdırılmasıdır. Düşünürəm ki, bu tərəfdaşlıq çərçivəsində təhlükəsizlik, siyasi əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi çıxış edir. Çünki Böyük Britaniya regionda baş verən proseslərə daha aktiv şəkildə qoşulmağa çalışır və bu baxımdan Ermənistanla münasibətlərin genişləndirilməsi onun regional siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması və ticarət əlaqələrinin inkişafı da bəyannamənin mühüm məqsədlərindən biri kimi görünür. Bununla yanaşı, bu sənəd yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Regionda formalaşan yeni geosiyasi reallıqlar və təhlükəsizlik məsələləri də tərəflərin əməkdaşlığını daha aktual edir. Bu baxımdan Böyük Britaniya ilə Ermənistan arasında strateji tərəfdaşlığın qurulması regional proseslərə müəyyən təsir göstərə biləcək addımlardan biri kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, Ermənistan və Böyük Britaniya arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə xidmət edə bilər. Uzunmüddətli perspektivdə isə bu sənəd qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması üçün müəyyən imkanlar yarada bilər.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)