Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Əlcəzair Prezidentinin Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsinə dair memorandumu təsdiqləməsi hansı yeni imkanlar yarada bilər?

Əlcəzair Prezidenti Abdelmacid Tebbunun Azərbaycanla enerji sahəsində strateji anlaşma memorandumunu təsdiqləməsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm addım kimi qiymətləndirilir. Sənəd enerji sektorunda əlaqələrin genişləndirilməsi ilə yanaşı, tərəflər arasında iqtisadi və strateji tərəfdaşlığın möhkəmlənməsinə də xidmət edir. Düşünürəm ki, memorandumun əsas əhəmiyyəti ənənəvi enerji sahəsində təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmasındadır. Xüsusilə neft və qaz kəşfiyyatı, hasilatı və emalı sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə və texnoloji imkanlar Əlcəzair üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hər iki ölkənin enerji şirkətləri arasında birgə investisiya layihələrinin həyata keçirilməsi və yeni yataqların işlənməsi istiqamətində əməkdaşlığın güclənəcəyi gözlənilir. Neft-kimya sənayesi və yaşıl enerji sahələrinin memorandumda xüsusi yer tutması əməkdaşlığın əhatə dairəsini genişləndirir. Bu istiqamətlər üzrə birgə müəssisələrin yaradılması, emal sənayesinə investisiyaların artırılması, günəş və külək enerjisi sahəsində texnologiya mübadiləsi həm yüksək əlavə dəyər yaradan məhsulların istehsalına, həm də alternativ enerji mənbələrinin inkişafına və karbon emissiyalarının azaldılmasına töhfə verə bilər. Digər mühüm məqam isə Azərbaycanın və Əlcəzairin Avropanın enerji təhlükəsizliyində oynadığı roldur. Hər iki ölkənin enerji bazarlarında koordinasiyalı fəaliyyət göstərməsi onların beynəlxalq enerji siyasətində mövqelərini daha da gücləndirə və strateji əhəmiyyətini artıra bilər. Nəticə etibarilə, strateji anlaşma memorandumu Azərbaycan və Əlcəzair arasında enerji əməkdaşlığının inkişafına yeni imkanlar açır. Sənəd yalnız iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də iki ölkənin qlobal enerji bazarında mövqelərinin möhkəmlənməsinə və uzunmüddətli strateji tərəfdaşlığın daha da güclənməsinə xidmət edən mühüm hüquqi baza kimi qiymətləndirilə bilər.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)