Druzhba Pipeline neft kəmərinin bərpası Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi baxımından diqqət çəkən məsələlərdən biri kimi qiymətləndirilir. Regionun bir sıra dövlətləri uzun müddətdir ki, enerji təminatında xarici mənbələrdən asılıdır və bu baxımdan əsas enerji infrastrukturlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fikrimcə, kəmərin yenidən işlək vəziyyətə gətirilməsi bəzi ölkələrin neft təchizatını daha stabil və fasiləsiz şəkildə təmin etməsinə kömək edə bilər. Düşünürəm ki, xüsusilə enerji idxalından asılı olan Şərqi Avropa dövlətləri üçün bu cür kəmərlərin işləməsi alternativ marşrutların az olduğu şəraitdə mühüm rol oynaya bilər. Amma qeyd etmək lazımdır ki, regionun enerji təhlükəsizliyi təkcə bir kəmərin fəaliyyətindən asılı deyil. Burada enerji mənbələrinin şaxələndirilməsi, alternativ marşrutların inkişafı və beynəlxalq enerji siyasəti də böyük əhəmiyyət daşıyır. Ona görə də hesab edirəm ki, Drujba kəmərinin bərpası regionun enerji təminatında müəyyən müsbət təsir yaratsa da, bu, Şərqi Avropanın enerji təhlükəsizliyi problemini tam şəkildə həll edən faktor kimi qiymətləndirilə bilməz. Daha çox mövcud enerji sisteminin sabitliyini qorumağa və qısamüddətli riskləri azaltmağa yönəlmiş bir addım kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, bu proses enerji təhlükəsizliyinin möhkəmlənməsinə müəyyən töhfə versə də, uzun müddət də ölkələrin enerji siyasətində alternativ mənbələrə və marşrutlara yönəlməsi yenə də əsas məsələ olaraq qalır.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə





