Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Rusiya–Ukrayna müharibəsi fonunda Türkiyənin artan nüfuzu – ŞƏRH

Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz mövzu ilə bağlı İRDS Center (BMDAM) a verdiyi müsahibədə qeyd edib ki:

Ukrayna–Rusiya müharibəsinin başa çatdırılması məqsədilə Tramp ilə Putinin razılığa gəlmiş kimi göründüyü qiymətləndirilir. Xüsusilə Alyaska görüşündə bu məsələ ilə bağlı razılıq əldə etdikləri anlaşılır. Putinin, Ukraynanın işğal olunmuş ərazilərində mövcud olan qiymətli torpaq elementlərini, yeraltı və yerüstü sərvətləri Amerikanın istifadəsinə açacağını, bunun müqabilində isə işğal etdiyi ərazilərin Rusiyanın nəzarətində qalmalı olduğunu Trampa çatdırdığı; Trampın da bunu qəbul etdiyi ehtimal edilir.

Hazırda Tramp üçün təcili ehtiyac qiymətli torpaq elementlərinə çıxış əldə etməkdir. Çünki Amerika Birləşmiş Ştatları qiymətli torpaq elementləri və bu elementlərdən istehsal olunan texnoloji məhsullar sahəsində Çindən asılı vəziyyətdədir. ABŞ bu asılılıqdan qurtulmaq üçün alternativ qiymətli torpaq elementi mənbələri axtarır. Bu kontekstdə hazırda ən iddialı bölgənin Ukraynanın yeraltı və yerüstü sərvətləri olduğu anlaşılır və görünür. Üstəlik, Putin bunu artıq Trampa vəd etmiş vəziyyətdədir.

Eyni zamanda Amerika Avstraliya, Qrenlandiya və Kanada kimi müxtəlif ölkələrdən də qiymətli torpaq elementləri əldə etməyin yollarını axtarır. Lakin Zelenski Amerikanın irəli sürdüyü 28 maddəlik tələblər paketində xüsusilə Rusiya lehində olan maddələrin yer aldığını düşündüyü üçün bu tələbləri qəbul etmək istəmir.

Bununla yanaşı, Avropa ölkələri də Trampın 28 maddəlik sülh və atəşkəs təklifinin Avropanın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından ciddi narahatlıqlar doğurduğunu bəyan ediblər. Bu çərçivədə Almaniya, Fransa və Böyük Britaniya bir araya gələrək toplantı keçirmiş, Trampın 28 maddəlik təklifinin qəbuledilməz olduğunu və Avropanın əleyhinə olan maddələrin çıxarılmasının vacibliyini bildiriblər. Bu istiqamətdə sözügedən maddələrin 19-a endirildiyi barədə məlumatlar yayılıb. Beləliklə, Avropa ölkələri Zelenskiyə ərazi itkilərini qəbul etməyəcək şəkildə bir razılaşma təklif edir.

Buradan belə bir nəticə çıxır ki, Amerika müharibənin bir an əvvəl başa çatmasını istəyərkən, Avropa ölkələri müharibənin davam etməsini və itirilmiş ərazilərin Rusiyadan geri alınmasını arzulayır. Lakin Avropa ölkələri müharibənin davam edə bilməsi üçün Ukraynaya hərbi və logistik dəstəyin verilməsinin zəruri olduğunu da bilirlər. Buna baxmayaraq, Avropa ölkələri Amerika olmadan bu dəstəyi təkbaşına verməkdə yetərsiz qalırlar.

Amerika isə müharibəni tez bir zamanda bitirmək məqsədilə Zelenskini küncə sıxışdırmaq üçün hərbi, logistik, siyasi və maliyyə dəstəklərini gözləmə mövqeyinə almışdır. Hazırkı vəziyyətdə Amerikanın Ukraynaya yardım göndərmədiyi anlaşılır. Avropa ölkələrinin də bu dəstəyi təkbaşına göndərə biləcək durumda olmadıqları görünür. Çünki Avropa ölkələrinin Ukraynaya göstərdiyi hərbi və logistik dəstəyin böyük hissəsi Amerika mənşəli silah və sursatlardan ibarətdir. Amerika bu silahları Avropa ölkələrinə satır, Avropa isə onları alaraq Ukraynaya göndərir. Lakin Avropa ölkələri bu maliyyə yükü altında getdikcə daha çox çətinlik çəkir.

Avropa ölkələri həm müharibənin bitməsini istəyir, həm də dəstək verməkdə aciz qalırlar. Eyni zamanda Ukraynanın yeraltı və yerüstü sərvətlərinin yalnız Amerika tərəfindən istifadə olunmasından da narahatlıq duyurlar. Çünki Avropa ölkələri açıq şəkildə “Ukraynaya biz də kömək etdik və bu sərvətlərdən bizim də faydalanmağımız lazımdır” düşüncəsini dilə gətirirlər. Lakin Amerika bu sərvətləri paylaşmaq istəmir. Buna görə də Amerikanın sülh təklifi hazırkı mərhələdə işlək görünmür və konkret nəticəyə gətirib çıxaracaq kimi təsir bağışlamır.

Alternativ variant kimi Türkiyə ön plana çıxır. Türkiyənin bitərəf mövqeyi Ukrayna və Rusiyanı bir araya gətirə biləcək xarakter daşıyır. Lakin Ukrayna qərarları təkbaşına qəbul etmir. Avropa ölkələri Ukraynanı müharibəyə sövq edən və təşviq edən addımlar atırlar. Nitekim Zelenski Türkiyəyə gələrək cənab Ərdoğanla görüşmüş, lakin bu görüşdən dərhal sonra Zelenskinin göstərişi ilə Qara dənizdə Rusiyaya yük daşıyan yük gəmiləri və yanacaq tankerleri vurulmuşdur.

Zelenski bir tərəfdən sülh istədiyini bildirərək Türkiyədən vasitəçilik tələb edir, digər tərəfdən isə Rusiyaya yük daşıyan gəmiləri hədəf alaraq prosesi sabotaj edir. Bu vəziyyət Zelenskinin ziddiyyətli və ikili qərarlar qəbul etməklə prosesi işləməz hala gətirdiyini göstərir. Ukraynanın Rusiya gəmilərinə hücumlarından sonra Rusiya da cavab olaraq Ukraynanın yük gəmilərini və limanlarını vurur. Bu qarşılıqlı hücumlar sülh danışıqlarına olan ümidləri getdikcə azaldır.

Digər tərəfdən, Türkiyənin vasitəçi kimi önə çıxmasını istəməyən aktorların mövcud olduğu da açıqdır. Türkiyə Ukrayna və Rusiyaya eyni məsafədə dayanır və NATO ölkələri ilə birlikdə Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmur. Bu mövqe Türkiyəyə beynəlxalq aləmdə nüfuz qazandırır. Lakin Türkiyənin artan bu nüfuzundan narahat olan bəzi Avropa ölkələri Zelenskini təhrik edərək Türkiyəni müharibəyə cəlb etməyə çalışırlar. Xüsusilə Türkiyənin ərazi sularına və müstəsna iqtisadi zonasına yaxın ərazilərdə Rusiya gəmilərinin vurulması Türkiyəni tərəf halına gətirmə cəhdi kimi qiymətləndirilir.

Türkiyə isə sağlam düşüncə ilə hərəkət edərək bu prosesi sakit və nəzarətli şəkildə idarə etməyə çalışır. Türkiyədən başqa hər hansı bir vasitəçi ölkə imperiyaçı maraqlarla hərəkət edəcəkdir. Türkiyə də təbii ki, öz maraqlarını qoruyur; lakin Rusiya və Ukraynaya qarşı imperiyaçı yanaşma sərgiləməyəcəkdir. Türkiyənin əsas məqsədi Qara dənizdə təhlükəsizliyi və sülhü təmin edərək ticarətin problemsiz şəkildə davam etməsinə şərait yaratmaqdır.

Qarşıdakı dövr, ilk növbədə Zelenskinin mövqeyi və davranışları, eləcə də Putinin və bu prosesi dəstəkləyən ölkələrin yanaşmalarından asılı olaraq formalaşacaqdır. Lakin Zelenskinin bir mərhələdə ərazi itkilərini qəbul etmək məcburiyyətində qalacağı görünür. Çünki müharibənin hazırkı gedişi Ukraynanın bu müharibəni uzun müddət davam etdirməkdə çətinlik çəkəcəyini göstərir. Ukrayna həm hərbi potensial, həm də canlı qüvvə təminatı baxımından ciddi problemlərlə üzləşəcəkdir.

Rusiya da bu müharibədə həm hərbi, həm də iqtisadi baxımdan mənfi təsirlərə məruz qalmışdır; lakin Ukrayna ilə müqayisədə Ukraynanın itkiləri və uzunmüddətli davamlılığı xeyli aşağı səviyyədədir. Zelenski və Putinin Türkiyədə bir araya gəlməsi halında daha məntiqli bir orta yolun tapılması mümkündür. Lakin Putin Ukraynada işğal etdiyi ərazilərdən çıxmamaq üçün əlindən gələni edəcək; Krımın ilhaqı Ukrayna tərəfindən qəbul edilmədən genişmiqyaslı sülhün təmin olunması ehtimalı olduqca zəif görünür.

Nəticə etibarilə, Qara dənizdə Ukrayna–Rusiya müharibəsinə dair Türkiyənin masada olmadığı bir razılaşmanın uzunmüddətli olması ehtimalı son dərəcə aşağıdır. Türkiyənin bitərəf mövqeyi, siyasi çəkisi və diplomatik gücü müharibənin və sülhün gedişatında həlledici rol oynayır. Türkiyənin vasitəçi və ya müşahidəçi qismində masada yer alması halında imzalanacaq razılaşmanın daha davamlı və sabit olması mümkün olacaqdır.

 

Turan Əlizadə

664 Comments

Leave A Comment To RandomNameSpups

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)