Ermənistan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə vermək fikrindən yayınıb. Sünik rayonundan keçən dəhlizin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Bəs bu məsələ ABŞ-nin regiondakı maraqlarına necə təsir edəcək?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Metbuat.az-a açıqlamasında deyib:

Ermənistanın ABŞ-yə bu dəhlizi verməkdən yayınmasının arxasında duran səbəb, böyük ehtimalla, Ermənistan baş nazirinin Rusiyaya səfəri və səfər çərçivəsində keçirdiyi görüşlərdə apardığı danışıqlardır. Bu, Rusiya tərəfindən təzyiq ola bilər, yaxud hansısa məsələdə bazarlıq etməsi ilə bağlı ola bilər.