Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

“Azərbaycan minatəmizləmə sahəsinə mühüm əhəmiyyət verir” – ŞƏRH

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Analitik və Strateji Planlaşdırma Şöbəsinin Müdiri, Hərbi ekspert Azər Bayramov SİA.az-a verdiyi açıqlamasında qeyd edib.

Hərbi ekspertin sözlərinə görə, erməni silahlı birləşmələri tərəfindən geniş miqyasda ərazilərin minalanması, sözügedən fəaliyyətin nə qədər mürəkkəb, vaxt və resurs tələb edən bir proses olduğunu bir daha təsdiqləyir: “Xüsusilə qeyd olunmalıdır ki, mina və partlayıcı sursatlardan təmizləmə fəaliyyəti əsasən Azərbaycan dövləti tərəfindən öz maliyyə imkanları və texniki resursları hesabına həyata keçirilir.

Bu kontekstdə, beynəlxalq təşkilatların məsələyə yanaşmasında selektiv və ikili standartlara əsaslanan münasibət müşahidə olunur. Bugünə qədər mina təmizləmə prosesi üzrə Azərbaycan Respublikasına göstərilən beynəlxalq dəstək kifayət qədər məhduddur və əsasən simvolik xarakter daşıyır. Buna baxmayaraq, Azərbaycan dövləti bütün resurslarını səfərbər edərək, işğaldan azad edilmiş ərazilərin bərpası və təhlükəsiz şəkildə istifadəyə verilməsi istiqamətində ciddi nəticələr əldə etmişdir”.

Ekspert qeyd edib ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyət daşıyan sahələrin mina və partlayıcı qurğulardan təmizlənməsi prioritet istiqamət kimi müəyyən edilmişdir: “Bu sahələrə əsasən avtomobil yolları, ictimai obyektlərin inşası üçün nəzərdə tutulmuş ərazilər, mühüm infrastruktur obyektlərinin yerləşəcəyi sahələr və kommunikasiyaların keçəcəyi marşrutlar daxildir. Təhlükəsizlik və yenidənqurma prosesinin fasiləsiz davam etdirilməsi baxımından, məhz bu ərazilərin ilkin mərhələdə təmizlənməsi zəruri və obyektiv xarakter daşıyır.

Hazırda Azərbaycan Respublikası mina və partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində texnoloji imkanlarını genişləndirməkdə davam edir. Bu çərçivədə, müasir texnikanın, o cümlədən uzaqdan idarə olunan və yüksək dəqiqliyə malik mina təmizləmə avadanlıqlarının ölkəyə gətirilməsi və əməliyyatlara cəlb olunması diqqətəlayiqdir. Xüsusilə Türkiyə Respublikasından əldə edilmiş texnika vasitələrinin tətbiqi əməliyyatların təhlükəsizlik səviyyəsini və effektivliyini əhəmiyyətli dərəcədə artırmışdır.

Bununla yanaşı, mina təmizləmə işlərini yerinə yetirən şəxsi heyətin sayının artırılması, onların mütəmadi olaraq ixtisasartırma və praktiki təlim toplanışlarına cəlb olunması da aparılan fəaliyyətin əsas komponentlərindəndir. Bu tədbirlər mina təmizləmə heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və onların əməliyyat şəraitində düzgün qərar qəbul etmə bacarığının inkişaf etdirilməsinə xidmət edir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası işğaldan azad edilmiş ərazilərdə minaların və partlayıcı qurğuların aşkarlanması istiqamətində innovativ texnologiyaların tətbiqi sahəsində mühüm addımlar atmışdır. Bu kontekstdə, Böyük Britaniyaya məxsus şirkət tərəfindən hazırlanmış süni intellekt əsaslı proqram təminatı ilə təchiz olunmuş pilotsuz uçuş aparatlarının (PUA) ölkəyə gətirilməsi və əməliyyatlarda istifadəyə verilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən PUA-lar vasitəsilə mina təhlükəsi olan ərazilər üzərində yüksək dəqiqliklə müşahidə aparılır, toplanan məlumatlar rəqəmsal xəritələşdirmə sistemlərinə inteqrasiya olunaraq ərazilərin struktur analizi həyata keçirilir. Süni intellekt texnologiyası əsaslı analiz nəticəsində, basdırılmış partlayıcı qurğuların mümkün yerləşmə nöqtələri, onların növləri və əhatə dairəsi yüksək dəqiqliklə müəyyən edilir. Bu isə həm əməliyyatların planlaşdırılmasında, həm də mina təmizləmə qruplarının təhlükəsiz şəkildə istiqamətləndirilməsində mühüm rol oynayır.

Bu texnologiyanın tətbiqi, ərazinin relyefi və potensial risk faktorları nəzərə alınmaqla, müvafiq sahələrin öncədən xəritələşdirilməsini və resursların daha səmərəli şəkildə yönəldilməsini təmin edir. Beləliklə, müasir dron texnologiyaları və süni intellektin sintezi əsasında yaradılan bu sistemlər mina və partlayıcı qalıqların aşkarlanması sahəsində həm operativlik, həm də təhlükəsizlik baxımından ciddi üstünlüklər təmin edir” – deyə o əlavə edib.

14 Comments

  • 中華職棒戰績

    20 Yanvar 2026 - 16:18

    Goalkeeper distribution, passing accuracy and long ball success

  • 爱一帆appios

    29 Yanvar 2026 - 21:26

    海外华人必备的iyifan官方认证平台,24小时不间断提供最新高清电影、电视剧,无广告观看体验。

  • gbgbet

    09 Fevral 2026 - 07:34

    Thanks , I’ve just been searching for information about this topic for ages and yours is the greatest I’ve came upon so far. But, what in regards to the conclusion? Are you certain concerning the source?

  • av 在线

    16 Fevral 2026 - 03:26

    I like the valuable information you supply on your articles. I will bookmark your weblog and test once more right here frequently. I’m slightly sure I will be told many new stuff right right here! Good luck for the next!

  • 國產 av

    17 Fevral 2026 - 20:35

    Hey! This is my first comment here so I just wanted to give a quick shout out and say I really enjoy reading through your blog posts. Can you suggest any other blogs/websites/forums that deal with the same subjects? Thanks a lot!

  • bestonlinecasinorealmoney

    19 Fevral 2026 - 13:43

    捕风追影在线免费在线观看,海外华人专属平台,高清无广告体验。

  • gbgbet

    24 Fevral 2026 - 08:45

    Every weekend i used to go to see this site, for the reason that i want enjoyment, as this this site conations really good funny information too.

  • 國產 av

    25 Fevral 2026 - 19:29

    Definitely consider that that you said. Your favourite reason appeared to be at the internet the easiest thing to be aware of. I say to you, I certainly get annoyed whilst people consider concerns that they just don’t understand about. You managed to hit the nail upon the highest and defined out the whole thing without having side-effects , people can take a signal. Will likely be back to get more. Thanks

  • 國產 av

    26 Fevral 2026 - 14:35

    Just desire to say your article is as amazing. The clearness in your post is just excellent and i can assume you are an expert on this subject. Fine with your permission allow me to grab your RSS feed to keep up to date with forthcoming post. Thanks a million and please continue the rewarding work.

  • hi88

    28 Fevral 2026 - 12:06

    Heya i’m for the first time here. I came across this board and I find It truly useful & it helped me out a lot. I hope to give something back and help others like you aided me.

  • 日本 av

    01 Mart 2026 - 20:54

    Great website. Lots of helpful info here. I’m sending it to a few friends ans also sharing in delicious. And naturally, thanks to your sweat!

  • 國產 av

    02 Mart 2026 - 22:46

    An outstanding share! I have just forwarded this onto a friend who has been doing a little research on this. And he in fact ordered me breakfast because I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanx for spending time to discuss this topic here on your web page.

  • winpot

    03 Mart 2026 - 09:21

    Spot on with this write-up, I seriously feel this web site needs far more attention. I’ll probably be returning to read more, thanks for the information!

  • hi88

    04 Mart 2026 - 13:29

    I’ve read a few excellent stuff here. Certainly worth bookmarking for revisiting. I surprise how so much effort you set to make this kind of fantastic informative web site.

Leave A Comment

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)