Samir Hümbətov: Yəhya Rəhim Səfəvinin fikirləri böyük ehtimalla yeni qarşıdurmanın olacağını göstərir
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Şərq.az-a verdiyi açıqlamasında qeyd edib:
Politoloq Samir Hümbətovun fikrincə, müharibənin baş vermə ehtimalı hər zaman var:
“Anlaşma yoxdursa, münaqişə qaçılmazdır. Xüsusilə İran və İsrail kimi həssas ölkələr üçün bu, daha böyük ehtimaldır. Əgər müharibəyə hazırlıq gedirsə, orada müəyyən kəşfiyyat məlumatları var. Odur ki, yeni münaqişə və ya mövcud müharibənin davamı gözlənilir.
Əvvəlki müharibə dönəmində də qeyd etmişdik ki, tərəflər arasında qarşıdurmalar baş verə bilər. Bu, senarinin birinci mərhələsi idi, ikinci mərhələ isə qabaqdadır. Ola bilər ki, müəyyən güc toplamaq üçün birinci müharibənin gedişatı dayandırılsın. Amma ikinci müharibəni dayandırmaq riski yüksəkdir. Yəhya Rəhim Səfəvinin fikirləri böyük ehtimalla yeni qarşıdurmanın olacağını göstərir”.