Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

NATO-Rusiya qarşıdurması: Real risklər və maneələr

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Sədri, Politoloq Samir Hümbətov Today press TV-yə  verdiyi müsahibəsində qeyd edib:

Münaqişə dünyanı dərin siyasi böhrana sürükləyə bilər:

“Rusiya-NATO qarşıdurması faktiki olaraq Üçüncü Dünya müharibəsinin daha geniş miqyasda baş verməsi deməkdir. Hazırda bu müharibə kiçik miqyasda davam edir – Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS və digər istiqamətlərdə. Ancaq Rusiya ilə NATO birbaşa qarşılaşsa, bu, ciddi təhlükəsizlik riskləri yaradacaq və təhlükəsizlik arxitekturası tamamilə dağılacaq. Burada yalnız Rusiya və NATO qarşıdurması deyil, digər tərəflərin də iştirakı ehtimalı var. Bu, dünya müharibəsinin dağıdıcı nəticələr verəcəyi ehtimalını artırır”.

Politoloq qeyd edib ki, gedişatda risklər artmağa başlayıb:

“Mən ümid edirəm ki, bu müharibə baş verməyəcək, lakin risklər getdikcə artır. Əgər belə bir qarşıdurma olarsa, Rusiya-Ukrayna müharibəsində Ukrayna yaddan çıxacaq və müharibə daha genişmiqyaslı xarakter alacaq. Onsuz da, Ukraynanı poliqona çeviriblər. İndi Ukrayna üzərində daha geniş müharibə təhlükəsi var”.

Ekspertin fikrincə, risklər olsa da, maneələr də var:

“Hazırda Ukraynaya silahlar verilir və döyüşlər davam edir, amma bu dəfə yalnız Ukrayna deyil, kollektiv NATO da cəlb olunacaq. Lakin inanmıram ki, bu cür bir hal baş versin. NATO-nun müharibəyə başlaması üçün ABŞ-dən razılıq tələb olunur və bu, riskli addım olardı. Həmçinin Birləşmiş Ştatların buna razılıq verib-verməyəcəyi sual altındadır”, – analitik son olaraq bildirib.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)