Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi istiqaməti baxımından kifayət qədər vacib hesab olunur. Bu baxımdan Nikol Paşinyanın yenidən hakimiyyətdə qalıb-qalmayacağı əsas məsələlərdən biri kimi diqqət çəkir. Məncə, onun yenidən seçilmə ehtimalı var və bunu bəzi faktlar da göstərir. Məsələn, 2021-ci ildə keçirilən parlament seçkilərində onun partiyası 50%-dən çox səs toplayaraq açıq üstünlük qazanmışdı. Bu da onu göstərir ki, onun hələ də müəyyən sabit seçici bazası mövcuddur. Üstəlik müxalif qüvvələrin parçalanmış vəziyyətdə olması da Paşinyanın mövqeyini nisbətən güclü saxlayır. Amma digər tərəfdən, onun əvvəlki qədər güclü mövqedə olmadığını göstərən amillər də var. Xüsusilə İkinci Qarabağ müharibəsindan sonra cəmiyyətdə müəyyən narazılıqlar yaranıb və bu da onun nüfuzuna təsir edib. Buna görə də fikirləşirəm ki, bu dəfə seçkilər əvvəlkilərlə müqayisədə daha çətin keçəcək. Belə nəticəyə gəlmək olar ki, Paşinyan yenə əsas namizədlərdən biri olaraq qalır, amma əvvəlki kimi böyük fərqlə qalib gəlməsi çətin görünür. Fikirimcə daha real ehtimal odur ki, ya səslər arasında fərq az olacaq, ya da seçkidən sonra koalisiya qurmaq zərurəti yaranacaq.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





