İstanbulun Levent ərazisində, İsrail konsulluğu qarşısında 7 aprel 2026-cı ildə baş verən silahlı hadisə həm Türkiyə, həm də regional təhlükəsizlik baxımından ciddi qiymətləndirilir. Məncə, bu hadisə münasibətlərə müəyyən kölgə salsa da, ümumilikdə əlaqələrin qopmasından çox təhlükəsizlik əməkdaşlığının vacibliyini ön plana çıxarır. Fikrimcə, Türkiyə təhlükəsizlik qüvvələrinin sürətli müdaxiləsi və şübhəlilərin saxlanılması Təl-Əviv üçün Türkiyənin etibarlı tərəfdaş imicini qoruyur. Eyni zamanda, hücumun İŞİD kimi radikal qruplarla əlaqələndirilməsi ehtimalı, düşünürəm ki, iki ölkə arasında ortaq təhlükəsizlik maraqlarını gücləndirir və əməkdaşlıq üçün zəmin yaradır. Amma digər tərəfdən, belə hadisələr müəyyən inamsızlıq mühiti də yarada bilər. Xüsusilə İsrail diplomatlarının daha əvvəl geri çəkilməsi fonunda bu vəziyyət onların geri qayıdış prosesini ləngidə bilər. Məncə, Rəcəb Tayyib Ərdoğanın hadisəni xain terror aktı kimi pisləməsi münasibətlərin kəskin pisləşməsinin qarşısını alan vacib siyasi mesajdır. Sonda belə düşünürəm ki, bu hadisə əlaqələri tam dayandırmayacaq, amma prosesi daha ehtiyatlı və yavaş hala gətirəcək.
Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Söyünlü Ləman





