Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Gürcüstana səfər regionun geosiyasi balansına və Orta Dəhliz layihəsinə necə təsir edir?

Prezident İlham Əliyevin 2026-cı ilin aprel ayında Gürcüstana səfəri regionun geosiyasi balansı baxımından böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, bu səfər Azərbaycan-Gürcüstan münasibətlərini gücləndirmək və Cənubi Qafqazda stabilliyi təmin etmək məqsədini daşıyır. Xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən Orta Dəhliz layihəsinin müzakirəsi regionda ticarət və enerji axınlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır. Bu səfərin digər vacib tərəfi isə geosiyasi mesajdır. Məncə Prezident İlham Əliyev həm Qərb, həm də regional tərəfdaşlarla münasibətləri gücləndirərək Azərbaycanın strateji maraqlarını qorumağa çalışır. Eyni zamanda, Orta Dəhliz layihəsinin müzakirəsi göstərir ki, Azərbaycan nəqliyyat və enerji marşrutlarının mərkəzində dayanmaqla regionda iqtisadi və strateji üstünlüyünü artırmaq istəyir. Düşünürəm ki, bu səfər yalnız iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə deyil, həm də Azərbaycanın regional balanslı siyasətini qorumaq və strateji mövqeyini gücləndirmək üçün önəmlidir. Yəni, Azərbaycan həm qonşularla əməkdaşlığı möhkəmləndirir, həm də regionda öz maraqlarını maksimum səviyyədə təmin etməyə çalışır. Mən belə düşünürəm ki, Orta Dəhliz layihəsi gələcəkdə region üçün uzunmüddətli təsir imkanları yaradacaq və iqtisadi, həm də siyasi əlaqələrin möhkəmlənməsinə təkan verəcək.

 

Azərbaycan Universitetinin IV kurs Regionşünaslıq(Avropa ölkələri üzrə) tələbəsi Hacıyeva İlahə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)