Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

ABŞ Aİ ilə münasibətləri niyə gərginləşdirir?

Hər şeydən öncə gəlin tarixə nəzər salaq. Görərik ki:

II Dünya Müharibəsi bitdikdən sonra Avropa dövlətlərinin vəziyyəti heçdə ürək açan deyildi, iqtisadiyyatları çökmüş və ölkələri darmadağın olmuş vəziyyətdə idi. Bu zaman səhnəyə ABŞ daxil oldu və Avropa dövlətlərinin yenidən qurulmasında önəmli rol aldı, eyni zamanda ABŞ NATO-nu yaradaraq Aİ-ni qoruması altına aldı, Avropa İttifaqı isə bundan istifadə edərək daha çox təhsil və mədəniyyət sahəsini inkişaf etdirdi.

Günümüzdə isə şahidi oluruq ki, ABŞ ilə Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları var. Düşünürəm ki, bu gərginliyin yaranmasında və artmasında əsas səbəb Aİ-nin regionun hegemon ölkələri ilə əlaqələrinin inkişaf etməsi idi. Buna misal olaraq deyə bilərik ki, Aİ-nin Çin ilə əlaqələrinin inkişafı və 2017-ci ildə başlayan, 2049-cu ildə bitməsi gözlənilən “Bir kəmər Bir yol” layihəsi ABŞ-nin maraqlarına qəti şəkildə zid idi, eyni zamanda Rusiya ilə əlaqələrində də inkişaf var idi. Buna sübut olaraq Aİ-nin Rusiyadan almış olduğu qazın həcmini böyütmək üçün “Şimal Axımı 2” qaz kəməri layihəsinin başlanması gözlənilirdi.

Sadaladığım bu 2 məsələ ABŞ-ın bu coğrafiyadakı maraqlarına ziddir. Çünki Aİ-nin regionun 2 əsas güclü dövləti ilə əlaqələrinin inkişaf etməsini ABŞ özünün bölgədəki nüfuzuna, varlığına təhdid olaraq görürdü.

Qənaətimcə Rusiya-Ukrayna savaşının yaranmasında əsas səbəblərdən biri bu idi. Lakin ABŞ-Aİ münasibətlərinin gərginləşməsində tək səbəb bu deyildir. ABŞ-da Donald Trump-ın hakimiyyətə gəlməsi də bu gərginləşmənin əsas səbəblərindən biridir. Trump digər liderlərə nisbətən maddiyyata daha çox önəm verir. Məhz bu səbəbdən Rusiya-Ukrayna müharibəsində Ukraynanın yanında olmaqdan imtina etdi.

Bu hadisə əlaqələrin gərginləşməsində ilk dalğa idi. Çünki əksər Aİ ölkələri bu savaşda Ukraynanı dəstəkləyirdi, buna səbəb isə Ukraynanın işğalı ilə Avropa İttifaqı Rusiya ilə daha da yaxın sərhəddə malik olacaqdı. Növbəti dalğa isə Danimarkanın suverenliyini dəstəkləməsi və adadakı mövcudluğunu artırmaq üçün Avropa İttifaqı tərəfindən Qrenlandiyaya hərbi personal göndərilməsi idi. Buna səbəb isə ABŞ-ın Venesueladan sonra Qrenladiyaya tamah salması idi. Bunun qarşılığında isə Trump həmin ölkələrin məhsullarına olan gömrük rüsumunu artırdı, bundan sonra Aİ-nin ölkələri geri çəkilmək məcburiyyətində qaldılar.

Bundan sonra Trump Aİ-nin Çinlə əlaqələrinin artmasının qarşısını almaq üçün həmlələr etdi, həmçinin Aİ ölkələrini NATO-dan çıxmaqla hədələdi. Təbii ki, Avropa İttifaqı buna səssiz qalmadı, onlar Trump İrana müdaxilə edən zaman onun istəyini geri çevirərək ABŞ-ı bölgədə yalnız buraxdılar. Bu da yenə gərginliyin artmasına səbəb oldu.

Yaxşı, bəs gərginlik daha nə qədər davam edəcək? Fikrimcə, bu məsələdə ən böyük pay ABŞ-ın üzərinə. Çünki ABŞ-ın başlıca məqsədi supergüc mövqeyini qorumaq və gücləndirməkdir. Lakin bunu edərkən müttəfiqi olan dövlətləri öz əleyhinə qaldırmamalıdır, balanslı şəkildə öz hegemon diplomatiyasını yeritməlidir.

 

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)