Türkiyəli Siyasət Uzmanı, Beynəlxalq Münasibətlər Professoru Hüsaməttin İnaç İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib:

Bəzi müharibələr vardır ki, onlar bitirilməmək üçün çıxarılmışdır. Təəssüf ki, Ukrayna-Rusiya müharibəsi də prosesin uzun illər davam etməsi məqsədilə Amerika tərəfindən kurgulanmış bir müharibədir. Çünki burada xüsusilə Amerikanın ən böyük marağı, Rusiya qorxusunu yaymaqla Avropanın həm Rusiyadan təbii qaz almasına mane olmaq, həm də bir tərəfdən Çin ilə olan ticarət əlaqələrini kəsməkdir. Dolayısı ilə bu mənada ciddi bir gərginlik yaradıldı və xüsusilə İngiltərə bu müharibəni davam etdirmək üçün əlindən gələn səyi göstərdi. Məlum olduğu kimi, müharibənin birinci ayında Türkiyədə atəşkəsin əldə olunması üçün ciddi addımlar atılsa da, şəxsən dövrün İngiltərə Baş naziri Boris Conson bu nəticənin qarşısını almağa çalışdı. Bu gün də İngiltərə eyni şəkildə müharibəni uzatmaq üçün əlindən gələni edir, lakin qeyd etdiyiniz kimi, artıq hər iki tərəfin də müharibəni davam etdirəcək gücü qalmamışdır.
Rusiya bu dördillik müharibə müddətində suveren və müstəqil bir dövlətə, sırf NATO-ya üzv olmaq seçimini etdiyi üçün hücum etməklə özünün təcavüzkar və imperialist kimliyini təsdiqləmiş oldu; beləliklə, beynəlxalq arenada həmin o sözdə ritorik və ya hegemon üstünlüyünü itirdi. Digər tərəfdən isə Ukrayna, rəhbərliyindəki Zelenski ilə birlikdə, sanki Avropa, NATO və Amerika adından döyüşən bir proksi (vəkalət) qüvvəsi kimi özünü təzahür etdirdi. Bu da Ukrayna xalqının haqlı müqavimətini zəiflədən bir amil kimi qarşımıza çıxır. Nəticə etibarilə, bu nöqteyi-nəzərdən baxdıqda, hər iki tərəf də ciddi yanlışlıqlarla və baxış bucağı problemləri ilə bu günə qədər gəlmişdir.
Hazırda gəlinən son nöqtədə bunu demək mümkündür ki, artıq hər iki tərəfin müharibəni davam etdirə biləcək gücü yoxdur. Belə ki, Ukrayna artıq Amerikadan dəstək ala bilmir, Avropanın isə anbarlarındakı silah ehtiyatı tükənmiş vəziyyətdədir. Avropa həm Rusiya qazından məhrum olduğu, həm də Çin ilə ticarət edə bilmədiyi üçün çox ciddi bir iqtisadi böhran keçirir. Dolayısı ilə Avropa Amerikadan lazımi dəstəyi görməyərək ciddi bir çöküş içərisində olmaqla yanaşı, Ukraynanı da bu çöküşə sürükləmiş olur. Digər tərəfdən, Rusiyaya nəzər saldıqda orada da ciddi çətinliklərin olduğunu görürük. Növbəti mərhələdə Rusiyanın hər hansı bir irəliləyiş qeyd edəcək vəziyyətdə olmadığı aşkar görünür və çox ciddi canlı qüvvə itkisi mövcuddur. Bütün bunları nəzərə alaraq, kənar qüvvələrin müdaxiləsinin olmaması şərti ilə, bu müharibənin cari il ərzində bitəcəyini əminliklə söyləyə bilərik.
Hüsaməttin İnaç
Turan Əlizadə





