Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanları Polad Həşimov və Natiq Qasımovun doğum günüdür. Bu münasibətlə qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik. Onlar vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmişdirlər.
Polad Həşimov və Natiq Qasımovun mərdliyi, fədakarlığı və vətənpərvərliyi daim bizim üçün ilham mənbəyidir. Onların xatirəsi hər zaman qəlblərimizdə yaşayacaq və göstərdikləri igidlik gələcək nəsillərə örnək olacaqdır.

Allah rəhmət eləsin, Ruhları şad, xatirələri əbədi olsun.
Hörmətlə,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi (BMDAM)





