
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik.
Bu əlamətdar gün milli birliyimizin, həmrəyliyimizin və ortaq dəyərlərimizin təcəssümüdür. Azərbaycan xalqının gücü məhz bu birlikdə, qarşılıqlı dəstək və milli maraqlar ətrafında sıx birləşməsindədir. Yeni ilin ölkəmizə sülh, inkişaf, rifah, beynəlxalq aləmdə daha möhkəm mövqelər və yeni uğurlar gətirməsini arzulayırıq.
Hər bir Azərbaycanlıya möhkəm can sağlığı, ailə səadəti, fəaliyyətlərində uğurlar diləyir, milli həmrəyliyimizin daim möhkəm olmasını arzu edirik.
Hörmətlə,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi





