Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Putin və Ərdoğan görüşü, qapalı qapılar ardında nələr danışıldı- Türkiyəli politoloqdan AÇIQLAMA

Türkiyəli Siyasət Uzmanı, Beynəlxalq Münasibətlər Professoru Hüsaməttin İnaç İRDS Center (BMDAM) – a mövzu ilə bağlı müsahibəsində qeyd edib ki:

Xüsusilə Türkmənistandakı görüş böyük əhəmiyyət kəsb edir. Görüşün ən kritik mövzusu isə, mənim qənaətimə görə, Putinlə Ərdoğan arasında baş tutan qapalı görüş idi. Düşünürəm ki, bu görüşdə üç əsas məsələ müzakirə olunub.

Birinci məsələ Suriya problemidir. Türkiyənin yaxın dövrdə hərbi əməliyyat keçirmə ehtimalı üzərində dayandığı məlumdur. Bunun əsas səbəbi 10 mart razılaşmasının faktiki olaraq qüvvədən düşməsidir. İlin sonuna qədər Türkiyənin, PKK ilə əlaqəli hesab etdiyi SDG və PYD strukturlarının Suriya dövlət quruluşuna inteqrasiya edilməməsi halında əməliyyat həyata keçirməsi ehtimalı yüksəkdir. Bu mövzu ilə bağlı Rusiyanın məlumatlandırıldığı anlaşılır.
Eyni zamanda ABŞ ilə münasibətlər, İsrailin Rusiya üzərindəki təsiri və İsrailin məhdudlaşdırılması məsələsinin də gündəmə gəldiyini düşünürəm.

İkinci məsələ Ukrayna–Rusiya müharibəsidir. Xüsusilə Qara dənizin təhlükəsizliyi mövzusunun müzakirə edilməsi olduqca ehtimal olunur. Türkiyənin müstəsna iqtisadi zonalarında daha əvvəl bəzi gəmilərin hədəfə alınması bu mövzunun əhəmiyyətini artırmışdır. Türkiyə Montrö Konvensiyası çərçivəsində Qara dənizə hərbi gəmilərin girişini əngəlləyərək NATO-nun, xüsusilə də ABŞ-ın bölgəyə birbaşa müdaxiləsinin qarşısını almışdır. Bu mövqe müharibənin genişlənməsini əngəlləmiş və Rusiya baxımından da strateji üstünlük yaratmışdır.

Üçüncü məsələ isə Trampın Ukrayna–Rusiya arasında təklif etdiyi sülh planı ola bilər. Bu məqamda tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Ukraynanı dəstəkləyən Avropa ölkələri Rusiyanın mütləq qazanc əldə edəcəyi və faktiki təslimiyyət mənasına gələ biləcək bir razılaşmaya müsbət yanaşmırlar. Torpaq mübadiləsi məsələsi də mühüm mübahisə predmetidir. Trampın Putinlə daha uyğun bir xətt üzrə hərəkət etdiyi barədə güclü bir rəy formalaşıb.

Bu kontekstdə Türkiyənin prosesə qoşularaq həm Avropa və Ukraynanın hüquqlarını qoruyacaq, həm də Rusiyanın maraqlarını nəzərə alan balanslı bir plan üzərində işlədiyini düşünürəm. Belə bir razılaşmanın imzalanma ünvanının Türkiyə olması və Ankaranın vasitəçi rolunun yenidən gündəmə gəlməsi mümkündür.

Doğrudan da, Türkiyə müharibənin başlamasından təxminən bir yarım ay sonra tərəfləri İstanbulda bir araya gətirmiş və atəşkəsə çox yaxınlaşılmışdı. Lakin həmin dövrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun müdaxiləsi ilə bu proses yarımçıq qaldı. Avropa və İngiltənin təzyiqləri səbəbindən Zelenskiy hakimiyyəti razılaşmadan geri çəkildi.

Türkiyənin hələ də “aktiv bitərəflik” siyasətini davam etdirən və həm Ukrayna, həm də Rusiya ilə birbaşa əlaqə qura bilən nadir ölkələrdən biri olduğu aydındır. Əgər davamlı sülh təmin olunacaqsa, bunun ünvanının Türkiyə olması gərəkdiyi qənaətindəyəm. Türkiyənin son dörd il ərzində müharibənin yayılmasının qarşısının alınması istiqamətində ciddi töhfəsi olmuşdur və bu zəhmətin hədər getməməsi vacibdir.

Bundan əlavə, Rusiya–ABŞ münasibətləri kontekstində Türkiyənin üzərinə götürəcəyi yeni rolların da bu görüşlərdə müzakirə edildiyini düşünürəm. ABŞ-ın qlobal gücünün nisbətən zəiflədiyi, Avropanın təsirinin azaldığı və təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrdə Türkiyənin təhlükəsizlik və müdafiə siyasətlərində daha mərkəzi rol üzərinə götürəcəyi aydındır. Bu mövzunun da Rusiya ilə müzakirə olunan məsələlər arasında yer alması ehtimalı yüksəkdir.

Hüsaməttin İnaç

 

Turan Əlizadə

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)