Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi
IRDS CENTERIRDS CENTERIRDS CENTER
+994 (50) 891 61 70
info@irds-center.com
Xətai ray, Mirzə Davud küç, 31
IRDS CENTERIRDS CENTERIRDS CENTER

Türkiyənin “Kızılelma”sı: “Bu, həm də TDT-nin uğuru və GÜCLƏNMƏSİDİR” – EKSPERT ŞƏRH EDİR

Türkiyəli Politoloq, Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz EDnews.az-a verdiyi müsahibədə qeyd edib:

Belə bir döyüş təyyarəsinin Türkiyə tərəfindən hazırlanması və uğurla sınaqdan keçirilməsi bütün Türk dünyası üçün böyük qürur mənbəyidir:

“Bu nailiyyət, bir zamanlar Türkiyəyə döyüş təyyarələri, silah texnologiyaları və müdafiə sistemləri sahəsində embarqolar tətbiq edən, özlərini “dost və müttəfiq” adlandıran NATO ölkələri tərəfindən də yaxından izlənilir. Eyni zamanda Türkiyəyə və Türk dünyasına qarşı düşmənçilik etməyi planlayan ölkələr də bu prosesləri diqqətlə təqib edirlər. Embargolarla üzləşən bir dövlətin bu gün öz döyüş təyyarələrini, hava və müdafiə sistemlərini inkişaf etdirə bilməsi tarixi baxımdan mühüm dönüş nöqtəsidir. Xüsusilə ‘Kipr siyasəti’ səbəbilə 1970-80-ci illərdə NATO və ABŞ tərəfindən ciddi məhdudiyyətlərlə qarşılaşan Türkiyə bu gün 180-dən artıq ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən güclü bir hərbi sənaye qurub. Bu, müstəqil və güclü dövlət olma yolunda ciddi mərhələlərin geridə qoyulduğunu göstərir. İnsansız hava vasitələrinin hava hücumundan müdafiə sistemlərində raketləri effektiv şəkildə istifadə edə bilməsi və bu qabiliyyəti ilk olaraq Türkiyənin inkişaf etdirməsi dostlar üçün güvən, düşmənlər üçün isə ciddi narahatlıq və xəbərdarlıq siqnalı verir. Yeni dünya nizamının formalaşdığı, Yaxın Şərq, Qafqaz və Qara dənizdə gərginliklərin artdığı, Avropa ölkələrinin silahlanma yarışına girdiyi bir dövrdə Türkiyənin öz müstəqil müdafiə sistemlərini inkişaf etdirməsi strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu uğur yalnız Türkiyənin deyil, həm də Türk Dövlətləri Təşkilatının ümumi nailiyyəti kimi qiymətləndirilməlidir”.

Ekspertə görə, Türk Dövlətləri Təşkilatının gələcəkdə NATO-ya bənzər birgə müdafiə sistemlərinin inteqrasiyasına doğru irəliləməsi, Şuşa Bəyannaməsində olduğu kimi, ortaq təhlükəsizlik arxitekturasının əsaslarının qoyulması deməkdir:

“Türkiyənin beynəlxalq müdafiə sistemlərində müstəqilliyini gücləndirməsi onun hərbi-siyasi aktor kimi rolunu artırır və regional proseslərə təsir imkanlarını genişləndirir. Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir zamanda hər iki tərəfin Türkiyəni etibarlı vasitəçi kimi qəbul etməsi, Türkiyənin əsir mübadilələri və taxıl dəhlizi kimi proseslərdə oynadığı rol onun həm tərəfsiz mövqeyinin, həm də güclü hərbi-siyasi çəkisinin təsdiqidir. Güclü ordusu və müstəqil xarici siyasəti olan dövlətin sülh və atəşkəs təşəbbüslərində daha təsirli olduğu da açıq görünür. Eyni zamanda Yaxın Şərq və Şərqi Aralıq dənizi regionunda Türkiyəyə qarşı müxtəlif planların hazırlandığı nəzərə alınsa, region ölkələrinin Türkiyənin hərbi nailiyyətlərini bu qədər yaxından izləməsi təəccüblü deyil. Bu uğurlar yaxın gələcəkdə həm Türkiyənin, həm də Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, Türk dünyasına yeni imkanlar və strateji üstünlüklər qazandıracaq”.

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)
Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)